Qara dəniz yataqlarından çıxarılan qaz 2023-cü ildə Türkiyə istehlakçılarına çatdırılacaq - Ərdoğan
Qara dənizdəki Sakarya yatağından çıxarılan qaz 2023-cü ilin 1-ci rübündən etibarən Türkiyədəki istehlakçılara çatmağa başlayacaq.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yataqdan təbii qazın çatdırılması üçün ilk borunun dənizə buraxılması mərasimində deyib.
Dövlət başçısının sözlərinə görə, birinci mərhələdə sutkada təxminən 10 milyon kubmetr qaz hasil ediləcək.
R.T.Ərdoğan qeyd edib ki, Türkiyə 2026-cı ilə qədər Sakarya yatağında təbii qaz hasilatının maksimum səviyyəsinə çatmağı planlaşdırır.
Türkiyə prezidenti həmçinin bildirib ki, Qara dənizin qaz ehtiyatlarını kəş etməyə gedəcək dördüncü Türkiyə qazma gəmisi “Əbdüllhəmid Xan” olacaq.
Türkiyə dövlətinin başçısı vurğulayıb ki, Ankara energetika sahəsinə “gərginlik və qarşıdurma meydanı” kimi deyil, regional əməkdaşlığın açarı kimi baxır.
R.T.Ərdoğan Türkiyənin Qara dənizdə qaz yatağının açılmasını tamamilə ölkənin daxili imkanları hesabına həyata keçirdiyi tarixi hadisə adlandırıb.//Trend