Çavuşoğlu və Stoltenberq NATO-nun genişlənməsini müzakirə ediblər
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.
Bu barədə Türkiyə XİN məlumat yayıb.
Qeyd olunur ki, söhbət zamanı NATO-nun genişlənməsi ilə bağlı məsələlər müzakirə edilib.
Xatırladaq ki, Finlandiya və İsveç mayın 18-də NATO-ya üzvlük üçün rəsmi müraciət ediblər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Finlandiya və İsveçin NATO-ya daxil olmasına razılıq verə bilməz, çünki bu ölkələr terror təşkilatlarına rəvac verir və Türkiyəyə qarşı sanksiyalar tətbiq edir.//Trend