Bayden Ukrayna 1 milyard dollarlıq yardım paketini AÇIQLADI

ABŞ Ukraynaya 1 milyard dollarlıq yeni hərbi yardım paketi ayırır. 

"RBC-Ukrayna" xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden Ukrayna lideri Volodimir Zelenskiyə şəxsən məlumat verib.

ABŞ-ın yeni hərbi yardım paketinə aşağıdakılar daxildir:

əlavə artilleriya;
sahil müdafiə silahları;
artilleriya və qabaqcıl raket sistemləri üçün sursat.
Bundan əlavə, Bayden 225 milyon dollarlıq humanitar yardım paketini açıqladı. Vəsaitlər, xüsusilə, təhlükəsiz içməli su, zəruri tibbi ləvazimatlarla təmin etmək, həmçinin ukraynalıları qida, mənzil və əsas ehtiyaclar üçün vəsaitlə təmin etmək üçün istifadə olunacaq.

"Ukrayna xalqının cəsarəti, dözümlülüyü və qətiyyəti dünyanı ruhlandırmaqda davam edir. Birləşmiş Ştatlar müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə azadlığı uğrunda mübarizə aparan Ukrayna xalqına sadiqliyimizdən dönməyəcək", - Bayden deyib.

Xatırladaq ki, bu gün ABŞ-ın sədrliyi ilə Ukraynaya hərbi yardımla bağlı Ramşteyn formatında üçüncü görüş başlayıb./Publika.az