ABŞ-dan Rusiyaya ÇAĞIRIŞ: Ukrayna taxılından “silah” kimi istifadə etmə
ABŞ-ın kənd təsərrüfatı naziri Tom Vilsack Rusiyanı Ukrayna taxılından “silah” kimi istifadə etməməyə, limanlar açmağa və müharibəni dayandırmağa çağırıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Qərargahında keçirdiyi mətbuat konfransında o, diqqəti COVID-19 epidemiyası və tədarük zəncirindəki problemlər, iqlim dəyişikliyi və nəhayət, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin qlobal ərzaq təhlükəsizliyi ilə bağlı narahatlığı artırdığına diqqət çəkib.
ABŞ-ın taxıl istehsalını artıracağını və gübrə istifadəsi və istehsalına 500 milyon dollar sərmayə qoymağı planlaşdırdığını bildirən Vilsak, ölkələrin taxıl ehtiyatları ilə bağlı dəqiq mənzərənin olmamasının ərzaq qiymətlərinin artmasına səbəb olduğunu bildirib.
Ukraynadakı müharibə səbəbindən limanlarda 20 milyon ton taxıl saxlandığını qeyd edən nazir Yaxın Şərq və Şimali Afrikada baş verə biləcək aclığın bölgədə qeyri-sabitliyə səbəb ola biləcəyi xəbərdarlığını edib.
Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracı ilə əlaqədar BMT-nin planı ilə bağlı ciddi danışıqlar aparıldığını bildirən Vilsak əlavə edib ki, Türkiyə rəsmiləri danışıqları ciddi aparır və Rusiyadan da eyni ciddiliyi gözləyirlər./publika.az