Çay qurudu, müharibədə batan gəmi üzə çıxdı
İtaliyada Alp dağlarından Adriatik dənizinə axan Po çayı son 70 ilin ən böyük quraqlığı ilə üzləşib və nəticədə İkinci Dünya müharibəsində çayda batan gəmi üzə çıxıb.
İkinci Dünya müharibəsində odun daşımaq üçü istifadə olunan və 1943-cü ildə batan “Zibello” adlı gəmi Po çayında suyun səviyyəsi aşağı düşməsi ilə üzə çıxıb.
Qeyd edək ki, İtaliyadakı quraqlıq narahatlığa səbəb olub. Ölkənin şimalında 110 gündən çoxdur ki, yağış yağmayıb. Bu il qar yağışı 70 faiz azalıb. Nəticədə isə ölkənin ən böyük çayı olan Poda suyun səviyyəsi 70 faizədək azalıb. (AZƏRTAC)