İtaliyada koronavirus qurbanlarının sayı 168 mini ötüb
İtaliyada ötən 24 saat ərzində koronavirus qurbanlarının sayı 51 nəfər artaraq, 168 min 18-ə yüksəlib.
Səhiyyə Nazirliyinin məlumatına görə, son sutkada ölkədə 55 min 829 nəfər COVID-19 infeksiyasına yoluxub. İtaliyada koronavirusa yoluxanların sayı isə ümumilikdə 18 milyon 128 min 44-ə çatıb.
Hazırda ölkədə 678 min 178 aktiv koronavirus xəstəsi var ki, onlardan 225-i reanimasiya şöbəsindədir.