Rusiyada son sutka koronavirusa 3 mindən çox yoluxma qeydə alınıb

Rusiyada son stuka ərzində koronavirusa 3 080 yoluxma halı qeydə alınıb.

Koronavirus testinin nəticəsi müsbət çıxan şəxslərdən 510 nəfəri xəstəxanaya yerləşdirilib.

Bu günədək ölkədə koronavirusa yoluxanların sayı 18 439 759 nəfərə çatıb.

 Eyni zamanda, son sutkada 47 nəfər həyatını itirib, 2 595 nəfər isə sağalıb.

Rusiyada bu günədək koronavirusdan ölənlərin sayı 381 263 nəfərə, koronavirusdan sağalanların sayı isə 17 867 688 nəfərə çatıb.