Rusiya quru sərhədlərini açır
Rusiya iyulun 15-dən etibarən quru sərhədlərdən gediş-gəlişlə bağlı məhdudiyyəti aradan qaldırır.
Bu barədə ölkənin koronavirus pandemiyası ilə mübarizə üzrə operativ qərargahın qərarında deyilir.
"Həyata keçirilmiş müzakirələr nəticəsində iyulun 15-dən etibarən Rusiyanın dövlət sərhədlərindən gediş-gəlişə tətbiq olunan məhdudiyyətin aradan qaldırılması barərə qərar verilib", - qərarda deyilir.
Xatırladaq ki, Rusiya quru dövlət sərhədlərinu 2020-ci ilin martında bağlamışdı.
İyunun 14-də Rusiya hava və dəniz sərhədlərini açdığını elan etmişdi.