UEFA Çempionlar Liqasında pley-off görüşlərinə yekun vurulub

UEFA Çempionlar Liqasında pley-off görüşlərinə yekun vurulub.

İkinci oyun günündə keçirilən 3 cavab qarşılaşması ilə qrup mərhələsinin bütün iştirakçıları bəlli olub.

Zaqrebin "Dinamo" klubu Xorvatiyada "Budö Qlimt" (Norveç) komandası ilə qarşılaşıb. İlk oyunda 0:1 hesabı ilə məğlub olan Zaqreb təmsilçisi cavab qarşılaşmasının əsas vaxtında 2:1 hesabı ilə qalib gəlib. Görüşdə əlavə vaxta oynanılıb. Əlavə vaxtda daha iki qol vuran ev sahibləri 4:1 hesabı ilə qələbə qazanıb. Bununla da Zaqrebin "Dinamo" klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinə adlayıb.

Cavab oyununu evdə keçirən Türkiyənin turnirdəki yeganə təmsilçisi "Trabzonspor" Danimarkada 1:2 hesabı ilə məğlub olduğu "Kopenhagen"i qəbul edib. Görüşdə hesab açılmayıb – 0:0. İki oyunun nəticəsinə görə Türkiyə təmsilçisi mübarizəni UEFA Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.

PSV isə Niderlandda Şotlandiya "Reyncers"i ilə üz-üzə gəlib. Qonaq komanda minimal hesabla qələbə qazanaraq adını Çempionlar Liqasına yazdırıb – 0:1. Qarşılaşmanın yeganə qolunu 60-cı dəqiqədə Antonio Colak vurub.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

24 avqust

"Dinamo" (Xorvatiya) - "Budö Qlimt" (Norveç) - 4:1

Qollar: Mislav Orşiç, 4. Bruno Petkoviç, 35. Yosip Drmiç, 117. Petar Boçkay, 120 - Albert Qrönbek, 70

İlk oyun - 0:1;

"Trabzonspor" (Türkiyə) - "Kopenhagen" (Danimarka) - 0:0

İlk oyun - 1:2;

PSV (Niderland) - "Reyncers" (Şotlandiya) - 0:1

Qol: Antonio Colak, 60

İlk oyun - 2:2.

Qeyd edək ki, qrup mərhələsinin püşkü bu gün atılacaq.