Dneprdə yaşayış binası vurulub, azı 9 nəfər həlak olub
Yanvarın 14-də Rusiyanın Dneprdə çoxmərtəbəli binaya endirdiyi raket zərbəsi nəticəsində azı 9 nəfər həlak olub. Onların arasında uşaq da var.
Bu barədə Dnepropetrovsk vilayəti Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko məlumat yayıb.
"Artıq 15 yaşlı qız da daxil olmaqla 9 nəfər həlak olub", - deyə V.Rezniçenko əlavə edib.
Onun sözlərinə görə, indiyədək 64 nəfərin yaralandığı məlumdur. Onlardan 59 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarının müalicəsi ev şəraitində davam etdirilir.
Hazırda xilasetmə işləri davam edir.