Türkiyədə zəlzələ qurbanlarının sayı 40 min 642 nəfərə çatdı

Türkiyədə əsrin fəlakəti adlandırılan zəlzələ nəticəsində həlak olanların sayı 40 min 642 nəfərə çatıb.

Bu barədə məlumat Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) sədri Yunus Sezer tərəfindən açıqlanıb. O, indiyədək zəlzələ bölgəsindən 430 min nəfərin təxliyə olunduğunu, axtarış-xilasetmə işlərinin sabah sona çatacağını bildirib.