İranda zəlzələ baş verib

İranda 5.3 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seymoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanın maqnitudası 5.3 təşkil edib. Zəlzələnin episentri Bəndər-Abbas şəhərindən 113 km şimal-qərbdə qeydə alınıb.

Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.