Yunanıstanda qatar toqquşması zamanı həlak olanların sayı 29-a çatıb

Yunanıstanın şimalında sərnişin və yük qatarlarının toqquşması nəticəsində həlak olanların sayı 29 nəfərə çatıb.

Yerveinsan.az TASS-a istinadla xəbər verir ki, bu barədə ERT NEWS xəbər kanalının efirində yanğınsöndürmə xidmətinin rəsmi nümayəndəsi Vassilis Vatrakoyannis bildirib.