ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq

Ağ Ev Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Xarici KİV-lər xəbər verir ki, Kirbi Prezident Co Baydenin və sabah paytaxta səfər edəcək Almaniya Kansleri Olaf Şoltsun Ukraynanın önümüzdəki həftə və aylarda ehtiyac duyacağı yeni yardımı müzakirə edəcəklərini bildirib. Bundan əlavə Kirbi ABŞ-ın Ukraynaya verdiyi HIMARS və artilleriya sistemləri üçün lazımi sursat da daxil olmaqla, yeni bir yardım paketini açıqlayacağını bildirib. Kirbi, həmçinin xarici işlər naziri Antoni Blinkenlə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında Yeni Dehlidə G20 toplantısı çərçivəsində keçirilən görüşə də toxunub. Qeyd edib ki, nazirlərin görüşündə də Ukraynaya dəstəyin davam etdiriləcəyi vurğulanıb.//AZƏRTAC