Türkiyə müxalifətinin prezidentliyə namizədi bəlli oldu

Türkiyədə mayın 14-də keçirilməsi nəzərdə tutulan prezident seçkilərində müxalifətin namizədi açıqlanıb.

Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanı Kemal Kılıçdaroğlu Millət koalisiyasının prezident seçkilərindəki namizədi olacaq.

Qeyd edək ki, Ədalət və İnkişaf Partiyasının prezidentliyə namizədi hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğandır.