Rusiya XİN: Rusiya, Türkiyə, Suriya və İran arasında danışıqlar gələn həftə Moskvada baş tuta bilər
Rusiya və Türkiyə gələn həftə Moskvada xarici işlər nazirlərinin müavinləri səviyyəsində dördtərəfli görüş keçirmək istəyir. Lakin indiyədək Suriya və İrandan heç bir cavab gəlməyib.
Bunu TASS-a Rusiya Federasiyası Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.
“Hələlik hamıdan təsdiq almamışıq. Amma hamını dəvət etmişik. Artıq türk həmkarlarımızla razılığa gəlmişik, lakin suriyalılar və iranlılardan cavab gözləyirik”, - deyə o qeyd edib.//AZƏRTAC