Gürcüstanda gecə saatlarında da etirazlar davam edir, etirazçılar polislərə "Molotov kokteyli" atıblar

Tbilisinin mərkəzində etirazlar gecə saatlarında da davam edir.

Gürcüstan KİV-ləri xəbər verir ki, etirazçılar polis əməkdaşlarına "Molotov kokteyli" atırlar, barrikadalar qururlar.

Polis əməkdaşları da öz növbəsində etiraz aksiyasını dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edir.

Artıq bir neçə etirazçı polislər tərəfindən saxlanılıb, onların dəqiq sayı hələlik məlum deyil.

Qeyd edək ki, Gürcüstanda “xarici agentlər” haqqında qanun layihəsinin parlament tərəfindən qəbul edilməsinə qarşı etiraz aksiyaları davam edir.//Trend