Gürcüstanda saxlanılan bütün etirazçılar sərbəst buraxılıblar

Gürcüstanın paytaxtı Tbilisi şəhərində parlament binası yaxınlığında saxlanılan bütün etirazçılar sərbəst buraxılıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Gürcüstanda "xarici agentlər" haqqında qanun layihəsinin parlament tərəfindən qəbul edilməsinə qarşı etiraz aksiyaları davam edir.//Trend