Ukraynanın qızıl-valyuta ehtiyatları 30 milyard dolları ötüb

“Hazırda Ukraynanın qızıl-valyuta ehtiyatları 30 milyard dollardan çoxdur”.

Bunu Ukrayna prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko bildirib.

“Bizim qızıl-valyuta ehtiyatlarımız son 10 ildə tarixi maksimumdadır - 30 milyard dolları ötür. Bu vəsait Ukraynaya 5 aydan artıq idxalı ödəməyə kifayət edəcək”-deyə, o bildirib.