Kişinyovda iyunun 1-i üçün nəzərdə tutulan 5 tərəfli görüş , yaxud ermənilərin Makronu oyuna qatmaq üçün növbəti ssenarisi…

Əlimusa İbrahimov
Politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru

Erməni tərəfi ciddi cəhdlə Brüsseldə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşdən sonra Kişinyovda da Makronun iştirakı ilə görüşün keçiriləcəyi barədə məlumat yayıblar və ciddi-cəhdlə bu görüşün baş tutmasına çalışırlar. Üstəlik Almaniyanın Baş Naziri Şoltsu da əlavə edirlər ki bir qədər ciddi format yaratsınlar. Erməni mənbələrindən başqa heç bir ciddi mənbə bu barədə bildirmir və görüşün bu formatda keçirələcəyini təsdiq etmir. Görünür bu ermənilərlə Makronun ortalığa atdıqları ideyadır. Amma Azərbaycan Prezidenti Makronun iştirak etdiyi görüşə qtılmayacağı barədə hələ bundan əvvəllər bildirib və onun ədalətli hakim olmadığını sübut edib. Birmənalı olaraq bildirmək istəyirəm ki, Ermənilərin Makronu qatmaq istədikləri bu görüş baş tutmayacaq və ermənilərin arzuları ürəyində qalacaq. Çünki Brüsseldəki görüşdən heç bir ay keçməmiş Kişinyovda keçirilməsi nəzərdə tutulan grüşə heç bir ehtiyac ehtiyac yoxdur və əgər zərurət yaranarsa belə xarici işlər nazirləri bu məsələnin ıhdəsindən gələ bilərlər. Kişinyovdakı görüş ermənilərin ortalığa tdığı və Makronu dövrəyə soxmaq istədikləri növbətyi cəhddir və Azərbaycan Prezidenti bu ssenariyə özünəməxsus şəkildə öz düzəlişlərini edəcək. İlham Əliyevin Kişinyova gedəcəyi belə Azərbaycan rəsmiləri tərəfindən təsdiq edilməyib. Qalmışdı orada 5 tərəfli görüş keçirilməsinə.