Xankəndi şəhərində silah-sursat aşkar edilib

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 2-də Xankəndi şəhəri ərazisində 7 müxtəlif markalı avtomat, 3 qumbara, 4 müxtəlif markalı tüfəng, 25 patron darağı, 23 mərmi, 1215 müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.