Yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınan sürücü məsuliyyətə cəlb edilib

Paytaxt ərazisində “MAZ” markalı 33-ZA-043 nömrə nişanlı yük avtomobilinin yol nəqliyyat hadisəsi törədərək daha sonra hadisə yerindən uzaqlaşması barədə 050-8000-902 WhatsApp nömrəsinə daxil olmuş videomüraciət əsasında araşdırma aparılıb.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, qeyd olunan nəqliyyat vasitəsinin sürücüsü Yaşar Hüseynov Dövlət Yol Polisi əməkdaşları tərəfindən müəyyən edilərək barəsində qanunamüvafiq tədbirlər görülüb.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün sürücülərdən yol nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən yayınmağa cəhd etməmələrini tələb edir, bu hərəkətləri ilə barələrində tətbiq ediləcək cəzanı ağırlaşdırdıqlarını diqqətlərinə çatdırır.