Gecə və səhər saatlarında yolların buz bağlayacağı proqnozlaşdırılır

Dağlıq ərazilərdə fevralın 21-dək şaxta olacağı, gecə və səhər saatlarında yolların buz bağlayacağı proqnozlaşdırılır.

Milli Hidrometeorologiya Xidmətindən  verilən xəbərə görə, dağlıq və dağətəyi rayonlarda qarlı hava şəraiti müşahidə olunur.

Hazırda qar örtüyünün hündürlüyü Şahdağ, Qrızda 10 sm, Qusarda 9 sm, Xınalıqda 6 sm, Qubada 3 sm, Xaltan, İsmayıllı, Şabran, Göygöl, Altıağacda 2 sm-dir. Müşahidə olunan yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar dağlıq rayonlarda, əsasən də Quba-Qusar, İsmayıllı, Şamaxı-Ağsu aşırımı istiqamətlərində yolların buz bağlaması istisna olunmur.

 

Şaxtalı hava şəraiti fevralın 21-dək davam edəcək. Bununla əlaqədar olaraq sürücülərin yollarda ehtiyatlı olması tövsiyə edilir.