Qusarda əməliyyat keçirildi - Həbs edilən var

Qusar sakini narkotiklə tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsinə qarşı keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin dövriyyəsini təşkil edən rayon sakini Ruslan Əzizov saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Ruslan Əzizovun barəsində həbs qətimkan tədbiri seçilib.