Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan  bildirilib ki, hesabat dövrü ərzində Günəşin fəallığı azalaraq, maksimal sinifli alışma 3571 oblastındakı M.18 sinifli alışma olub. Alışmalar nəticəsində II tip radioemissiya baş verib. Hesabat dövrü ərzində bir neçə tac kütlə atılmaları (TKA) qeydə alınıb. Günəşin səthində ləkələrin sayı azalaraq 8 ləkə qrupunda 91 ləkə müşahidə olunur. Yerə təsir göstərəcək tac dəlikləri qeydə alınmır.

Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.

Hazırda Günəş küləyinin sürəti normaldır (375 kilometr/saniyə).

Martın 4-dən 10-dək C sinif alışmanın baş verməsi ehtimalı 85 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 25 faiz X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1 faiz təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.

Günəş küləyinin sürətinin TKA-nın təsiri ilə bu gün artacağı, daha sonra normal olacağı gözlənilir.

Geomaqnit sahəsinin martın 5-də sakitləşəcəyi proqnozlaşdırılır.