NATO hərbi qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib

500 mindən çox NATO əsgəri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Bunu Şimali Atlantika Alyansının rəsmi nümayəndəsi Farah Dakhlalla deyib.

"Biz soyuq müharibədən bəri ən əhatəli müdafiə planlarını həyata keçirmişik, hazırda 500 mindən çox əsgər yüksək hazırlıq vəziyyətindədir", - deyə alyansın rəsmisi qeyd edib.

Bundan əvvəl Polşa Prezidenti Anjey Duda NATO-nun hərbi münaqişəyə hazırlaşdığını bildirib.//Екутв