Şabran rayonunda silah-sursat aşkarlanıb

Şabran rayonunda silah-sursat aşkarlanıb.

Şabran rayonunda polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər zamanı Liman kəndi ərazisində silah-sursat aşkarlanıb.

 Qeyd edilən ünvandan 1 ədəd avtomat, 5 ədəd patron darağı, 2 ədəd əl qumbarası, optik cihaz və 248 ədəd patron götürülüb.

Araşdırma aparılır.