Ramil Quliyev Türkiyəyə növbəti zəfər qazandırıb - VİDEO

Azərbaycan əsilli atlet Ramil Quliyev Türkiyəyə növbəti zəfər qazandırıb.

Quliyev Qətərdə təşkil edilən "Daimond League” turnirində 200 metr məsafədə 19,99 saniyəlik dərəcə ilə birinci olub.

Atlet bu nəticəylə 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanıb.