Azərbaycanın Dövlət İdarəçilik Sistemində İnnovasiya Siyasətinin Başlıca İstiqamətləri

S.e.f.d. dosent  Murtəza Həsənov

Azərbaycan Respublikasının Prezidenti Yanında   Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə Fakültəsinin Dekanı  

      Azərbaycan Respublikasında aparılan hüquqi və iqtisadi islahatlar dövlət idarəetmə sisteminin köklü dəyişikliyinə, idarəetmənin təkmilləşdirilməsinə, səmərəli və peşəkar dövlət qulluğunun, vətəndaş-məmur münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasına səbəb olmuşdur.

Müvafiq olaraq  Azərbaycan Respublikasında aparılan ardıcıl islahatlar da idarəetmənin təkmilləşdirilməsinə, səmərəli və peşəkar dövlət qulluğunun, vətəndaş-məmur münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasına, dövlət qulluğunun xalqa qulluq mənasını ifadə etməsinə, məsuliyyətli, kreativ, dövlətinə və xalqına sadiq kadr potensialının formalaşdırılmasına xidmət edir.

 İnnovasiyaların fasiləsiz tətbiqi bütövükdə dövlətin istənilən sahəsinin başlıca inkişaf sahələrindən biri sayılır. İnnovasiyalı inkişafa yol açan Azərbaycan “Doing Business 2019” Qlobal reytinqinə əsasən, 190 ölkə arasında 25-ci yeri tutur. Azərbaycan 10 islahatçı dövlət sırasına daxil olub və aparılan islahatlar sayına görə 1-ci yeri tutub.  Azərbaycan dünya ölkələri tərəfindən tanınan islahatçı dövlətdir.

  1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ulu öndərin Azərbaycanda rəhbərliyə qayıdışından sonra ölkədə ən başlıcası vətəndaş müharibəsinə, xaos və anarxiya mühitinə son qoyuldu, siyasi sabitlik formalaşdı, qanunçuluğun və hüquqi qaydaların bərpası istiqamətində kompleks tədbirlər həyata keçirildi, hərtərəfli hüquqi, siyasi və iqtisadi islahatlara başlanıldı.

Böyük şəxsiyyət olaraq ilk günlərdən cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görən Heydər Əliyev həyata keçirməyi nəzərdə tutduğu islahatlar strategiyasına uyğun olaraq ilk növbədə dövlətin təməlini möhkəm siyasi-hüquqi əsaslar üzərində qurulması üçün müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanaraq qəbulunu vacib bildi. Konstitusiyada əksini tapan mütərəqqi prinsiplər Azərbaycanda hüquqi islahatların aparılmasına hərtərəfli zəmin yaratdı.

Bu gün isə müasir Azərbaycan cənab Prezidentin rəhbərliyi altında özünəməxsus inkişaf yolu ilə gedir. Bu inkişafın təməl daşları ümummilli liderimiz tərəfindən qoyulub desək, heç də yanılmarıq.

 “İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, o uğurların təməlində intellektual potensial, texnoloji tərəqqi, elmin inkişafı və təhsil səviyyəsi dayanır. Gələcəkdə bu amillər daha da böyük rol oynayacaq. Çünki bu gün istər iqtisadi sahədə, sənaye istehsalının inkişafında, hər bir sahədə müasir texnologiyalar hər şeyi həll edir” fikrini səsləndirən Prezident İlham Əliyev yüksək insan kapitalına və innovasiyalara əsaslanan islahatların həyata keçirilməsi istiqamətində mühüm addımlar atmışdır. 

  Müstəqilliyin ilk illərindən ölkəmizdə də dövlət idarəçiliyinin rəqəmsallaşdırılması istiqamətində də mühüm tədbirlər görülüb. Belə ki,  müvafiq hüquqi baza yaradılıb, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə çərçivəsində davamlı olaraq həyata keçirilən tədbirlər sistemi nəticəsində ölkədə mütərəqqi nəaliyyətlər əldə edilmişdir.

Ötən yüzillikdə cərəyan edən hadisələri təhlil etsək respublikanın müstəqilliyə gedən yolunun 1969-cu ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən məqsədyönlü siyasətlə tamamlandığını görərik. Həm zaman, həm də ictimai-iqtisadi formasiya baxımından olduqca fərqli olan hər iki tarixi dövrün əsas oxşar məqamları isə Ulu Öndərin Azərbaycana misilsizuğurlarbəxş edən fədakar xidməti və ölkənin inkişafında yeni impuls və tərəqqi meyillərinin geniş vüsət alması olmuşdur. Beləliklə, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi, tarixi şərait baxımından tamamilə fərqli olan bu dövrlər eyni missiyanın sadəcə iki mərhələsi kimi səciyyələndirilə bilər, hansı ki, bir-birini tamamlayır.

İdarəçilik fəlsəfəsi özünəməxsus cəhətlərlə fərqlənən Ümummilli Liderin sovet Azərbaycanına rəhbərlik etdiyi mərhələ ölkəni sürətli inkişaf yoluna çıxarmaqla bərabər, milli müstəqilliyimizə layiqli zəmin yaradan amilləri də özündə ehtiva etmişdir. Məhz bu dövrdə milli özünəqayıdış və özünüdərkin başlanğıcını qoyan, Azərbaycançılığın ən parlaq səhifələrinin yazarı Ulu Öndər Heydər Əliyevin Azərbaycana gətirdiyi ideyalar ölkədə həyatı büsbütün modernləşdirmişdir.
Ötən əsrin 70-ci illərindən başlayaraq milli ruhun hədsiz yüksəlişinin təmin edilməsində tarixin gedişatını dəyişən bu ideya və prinsiplərin müəllifi olan Heydər Əliyevin nadir idarəçilik keyfiyyətləri, liderlik qabiliyyətləri, misilsiz vətənpərvərliyi mühüm rola malikdir. Onun keçmiş sovet idarəçilik sisteminəməxsus bütün incəlikləri dəqiqliklə bilməsi bu prosesdə maneə yaradan amilləri məharətlə neytrallaşdırmağa, həmçinin öz ideyalarını həyata keçirməkyolunda mərkəzdən lazım olan dəstəyi almasına imkan verirdi. Bu kontekstdə Azərbaycanın bütün mühüm sahələr üzrə inkişafının yeni mərhələyə qədəm qoyması, məhz öz intibah dövrünü yaşaması Ümummilli Liderin idarəçiliyinin digər önəmli xüsusiyyətlərinitəşkil edir. 

Siyasi müstəqilliyin təməlini təşkil edən əsas amillərdən birinin məhz iqtisadi asılılığın aradan qaldırılması olduğunu aydın dərk edən Ulu Öndər respublikanın istehsal potensialının əsas hissəsinin ittifaq şəbəkəsindən ayrılaraq müstəqilləşdirilməsi, Azərbaycanın iqtisadi müstəqilliyinin  təmin edilməsi, sənaye potensialının inkişaf etdirilməsi, təhsil sferasında yeni inkişaf mərhələsinin təməlinin qoyulması, milli kadr potensialının, o cümlədən xüsusi əhəmiyyət kəsb edən ixtisaslar üzrə mütəxəssis kontingentinin hazırlanması kimi mütərəqqi nailiyyətlərə imza atmışdır.

Həmin illərdə məhz Ümummilli lider Heydər Əliyevin qətiyyəti, iradəsi və təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri məhz Azərbaycanda inşa olunmuş, bununla da respublikamızın gələcək müstəqilliyinin iqtisadi əsası formalaşdırılmışdır. Ulu Öndər Heydər Əliyev bu məsələdə daim qətiyyətli mövqe tutmuş, keçmiş ittifaqın rəhbərliyi qarşısında israrlı tələblərlə çıxış etmiş, prinsipiallıq göstərmişdir. Bu nöqteyi-nəzərdən dahi öndərin Bakı Məişət Kondisionerləri Zavodunun inşası ilə bağlı göstərdiyi əzmkarlığı xüsusi qeyd etmək lazımdır.  

Keçən əsrin 60-cı illərinədək Azərbaycan aqrar ölkəsi kimi tanınırdı. Neft ölkənin əsas sənaye mənbəyi idi. Lakin məhz hakimiyyətinin ilk illərindən Heydər Əliyev tərəfindən atılan qəti addımlar nəticəsində respublikaya qarşı bu cür münasibət dəyişdi. Belə ki, qısa vaxt ərzində yüngül və ağır sənaye inkişaf etdi, bir sıra zavodlar, fabriklər istifadəyə verildi. Yeni iş yerlərininyaradılması nəticəsində əhalinin rifah halı xeyli yaxşılaşdı.

Ulu öndər o dövrdə strateji əhəmiyyətli sənaye müəssisələrinin, irimiqyaslı obyektlərin inşasına xüsusi əhəmiyyət verməklə yanaşı, bir sıra yeni təhsil ocaqlarının, o cümlədən Cəmşid Naxçıvanski adına hərbi məktəbinəsasını qoymuşdur. Qeyd edək ki, bu hadisə vətəndaşların döyüş ruhunun inkişaf etdirilməsində mühüm əhəmiyyətə malik olmuşdur. Bu məktəb ordu quruculuğunda mühüm rolamalikdir. Müstəqillik əldə etdildikdən sonra hərbi liseyin məzunları ordumuzun formalaşmasında iştirak etmiş, ərazi bütövlüyümüzün qorunması uğrunda gedən mübarizədə həmişə ön sıralarda olmuşlar. Qarabağ döyüşlərində vuruşan Azərbaycan zabitlərinin 70%-dən çoxu hərbi liseyin yetirmələridir.

Bugün dünya analitiklərinin xüsusi önəm verdiyi milli mədəniyyətin təbliği, tanıdılması siyasətini Heydər Əliyev hələ sovet dövründə özünəxas tərzdə həyata keçirirdi. Çünki ulu öndər Azərbaycanı dünyada məhz tarixi, mədəniyyəti, milli dəyərləri ilə tanıdırdı. Məhz onun təşəbbüsü ilə ölkənin tanınmış musiqiçiləri, şairləri, yazıçıları, müğənniləri, bəstəkarları, artistləri dünyanın müxtəlif ölkələrində çıxış edirdilər. Əlbəttə ki, buradaki əsas siyasi məqam Azərbaycanı dünyaya tanıtmaq idi.

Ulu öndər hələ o dövrlərdən xalqın yüksək təhsil almasını, maariflənməsinimilli inkişafın yeganə yolu kimi görmüş, ölkədə elmin inkişafı üçün bütün labüd tədbirləri həyata keçirmişdir. O, yaxşı başa düşürdü ki, cəmiyyətin inkişafına, elmin, mədəniyyətin tərəqqisinətəkan verən ən vacib vasitələrdən biri də təhsildir. Heydər Əliyev şəxsiyyətinin böyüklüyü məhz onda idi ki, o, bütün fəaliyyət illəriərzində bu sahələrə qayğısını və diqqətini əsirgəməmiş, cəmiyyətdə yüksək biliyə, intellektual səviyyəyə sahib elitar təbəqənin formalaşmasına səy göstərmişdir. Beləliklə, 1969-1982-ci illərin həm də Azərbaycan elminin, təhsilinin intibah dövrü kimi xatırlanmasını heç də təsadüf adlandırmaq olmaz. Ulu öndər ötən əsrin 70-80-ci illərində gənclərin respublikada və onun sərhədlərindən kənarda yüksək keyfiyyətdə təhsil almasına, rəqabətqabiliyyətli kadr kimi formalaşması üçün hər cür lazımi şərait yaradırdı. Ulu Öndər həmin dövrdə Azərbaycanlıların keçmiş SSRİ-nin nüfuzlu ali təhsil ocaqlarında təhsili üçün səylə çalışır, respublikamıza ayrılmış müsabiqədənkənar yerlərin sayının artırılmasını Moskvadan israrla tələb edir, əksər hallarda buna nail olurdu.  

Məlum olduğu kimi müasir dövrdə qadınların kişilərlə bərabər hüquqa malik olması, yüksək dövlət vəzifələrində çalışması, lider olması, təhsil alması olduqca vacibdir. Böyük siyasətçi insan hüquqları çərçivəsində qadın hərəkatının inkişafına da güclü stimul vermişdi.   Azərbaycanda dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz Heydər Əliyevin adı ilə bağlı olması danılmaz bir tarixi faktdır. O, qadınların idarəetmə, qərarqəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib bilmişdir. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissələrindən olmuşdur. Ulu öndərin qadınlarla bağlı məsələlərin həlli üçün imzaladığı mühüm fərman və sərəncamlar qadın hüquqlarının reallaşması və təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlar olmuşdur. Böyük şəxsiyyət Heydər Əliyev 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılması haqqında” fərman da imzalamışdır. Bu sənəd hər mənada qadınların fəallığına, cəmiyyətdə öz yerlərini tutmalarına kömək olmuşdur. Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanı isə ölkədə qadın siyasətinin daha da güclənməsinə gətirib çıxarmışdı. 2000-ci ilin iyun ayında Azərbaycan Respublikasının Nazirlər KabinetiAzərbaycan Respublikasında qadın məsələləri üzrə 2000-2005-ci illər üçün Milli Fəaliyyət Planı”nı qəbul etmişdir. Proqram siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, təhsil və səhiyyə sahələrini, eləcə də, qaçqın və məcburi köçkün qadınların problemlərini əhatə etmişdir.

Tarixi təcrübə təsdiq edir ki, müstəqilliyin qorunub saxlanılması onun qazanılmasından daha ağrılı və çətin məsələdir. Belə ziddiyyətli və mürəkkəb bir situasiyada dövlətin xilası məhz layiqli liderlərləbağlı olur. 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etməsinə baxmayaraq, bunun 1993-cü ilin ortalarına qədər formal xarakter daşıdığını deyə bilərik. Heydər Əliyevin 1993-cü ilin oktyabrında prezident seçilməsindən sonra müstəqil Azərbaycanın həm hüquqi, həm də  siyasi-iqtisadi suverenliyinin təmini prosesi daha da sürətlənmişdir.

Tarix ulu öndər Heydər Əliyevin üzərinə taleyüklü iki missiya qoymuşdu: xilaskarlıq və quruculuq missiyası. O, müdrik, qətiyyətli siyasi lider və bənzərsiz dövlət xadimi olaraq, hər iki missiyanın öhdəsindən heyrətamiz məharətlə gəldi. Azərbaycanı dərin böhrandan, xaos və anarxiyadan, vətəndaş müharibəsi, separatizm və müstəqilliyi itirmək kimi dəhşətli təhlükələrdən xilas etdi .

Ümummilli Liderin  eyni vaxtda iki cəbhədə vuruşurdu. Bir yandan keçmişin ağır mirası ilə mübarizə aparır, digər yandan ayaq dəyməmiş yollarla irəliləyərək milli dövlətçiliyimizn, milli iqtisadiyyatın əsaslarını qururdu. Azərbaycanın yol ayrıcında olduğu həmin dövrdə hər şeyəbaşdan başlamaq tələb olunurdu.  Heydər Əliyev dühası ən doğru yolu seçməyə, viran olmuş binanın hər kərpicini səbirlə qoyaraq onu yenidən ucaltmağa imkan verdi. Ölkə həyatının bütün sahələrini nəzərdə tutandərin islahatlar silsiləsi işlənib hazırlandı və beləliklə Azərbaycan dərin tənəzzüldən parlaq inkişaf yoluna doğru irəlilədi.

Ümummilli Lider Heydər Əliyevin hədəfi xalqı firavan həyata qovuşdurmaq, demokratik və hüquqi milli dövlət qurmaq, müstəqilliyi əbədi etmək, Azərbaycanı dünyada söz və nüfuz sahibinə çevirmək idi. Azərbaycan bir-birinin ardınca mötəbər beynəlxalq qurumlara üzv olur, dünya birliyinə inamla inteqrasiya edirdi. “Avropa Şurasına üzv olmaq bal yemək deyil, bəlkə də istiot yeməkdir”, – deyən Ulu Öndərin bu fikirlərinin arxasında gizlənən həqiqəti anlamaq vaxt tələb edirdi. İstiotun ağız yandırmasına baxmayaraq, Azərbaycan inteqrasiya yolundan dönmədi. Hərçənd, dünyada, o cümlədən Avropada ikili standartlar siyasəti bu gün də davam edir, bizi incidir. Lakin biz çətinliklərdən keçərək, xarici təzyiqləri dəf edərək Ulu Öndərin 25-30 il əvvəl müəyyənləşdirdiyi hədəflərə doğru inamla irəliləyirik .

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün də davam etdirilən, tərəqqinin müasir vəziyyətinə uyğunlaşdırılan, davamlı olaraq təkmilləşdirilən islahatların uğurunatəsir edən başlıcafaktor onların dünya təcrübəsinə uyğunlaşdırılması ilə bərabər, milli dəyərləri, milli düşüncə tərzini də ehtiva etməsidir. Eyni zamanda qeyd edilməlidir ki, bu islahatlar öz əsasını birmənalı şəkildə 1995-ci ilin noyabrında qəbul edilmiş ilk milli Konstitusiyamızdan götürür.  Milli Konstitusiyamızın qəbul edilməsi bütün sahələrdə həyata keçirilən islahatlar üçün hüquqi baza rolunu oynamışdır.

Ümummilli Lider Heydər Əliyev fəaliyyəti dövründə məhkəmə-hüquq sisteminə də böyük önəm vermiş, bu sahənin inkişafına xüsusi diqqət göstərmişdir. Dahi öndərin respublikamıza rəhbərliyinin birinci dövründə Ədliyyə Nazirliyinin dövlət strukturu kimi bərpa olunması, qurumun əsasnaməsinin təsdiq edilməsi ilə qanunların sistemləşdirilməsi və məcəllələşdirilməsində, eyni zamanda, məhkəmələrin təşkilati cəhətdən formalaşdırılmasında yeni bir mərhələ başlanmışdır.  

Qeyd edək ki, 1981-ci ildə Heydər Əliyevin rəhbərliyi ilə respublikada “Məhkəmə quruluşu haqqında” yeni qanunun qəbul edilməsi məhkəmə orqanlarının inkişafında və möhkəmlənməsindəxüsusi rola malikdir.

Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə Ədliyyə Nazirliyinin funksiyalarının yeni ictimai-iqtisadi formasiyanın tələblərinə uyğunlaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilmiş, nazirliyin yeni qanunvericiliyin tələbləri səviyyəsində qurulması məqsədilə müvafiq struktur dəyişiklikləri aparılmış, yeni üçpilləli məhkəmə sisteminin yaradılması və formalaşdırılması diqqət mərkəzində saxlanılmış, Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Xidməti təsis edilmişdir (5).

Qısa müddətdəulu öndərin dərin məntiqinin, zəngin siyasi təcrübəsinin ən mühüm bəhrələrindən hesab edilən Konstitusiya layihəsi hazırlanmış, geniş ictimai müzakirələrdən keçərək, nəhayət 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmişdir. Yeni Konstitusiya Azərbaycanda dövlət quruculuğu sahəsində fundamental islahatların həyata keçirilməsinəlazımi zəmin yaratmışdır. Konstitusiya sovet rejimində dəyərlər kimi xalqın beyninə yeritdiyi ideologiyaları əbədi tarixə gömərək demokratik tərəqqininsağlam bünövrəsini qoymuşdur. Konstitusiyanın hazırlanması işinə  məhz Heydər Əliyevin rəhbərlik etməsi onun mükəmməlliyinə, siyasi-hüquqi akt və tarixi sənəd kimi mötəbərliyinə təminatverən bir  amil olmuşdur.

Konstitusiya qəbul edildikdən sonra Heydər Əliyevin rəhbərliyi və fəal iştirakı ilə məhkəmə-hüquq sahəsində islahatlarının tətbiq edilməsi, qanunvericilik bazasının formalaşdırılması və təkmilləşdirilməsi istiqamətindəmühüm addımlar atılmışdır. Ümummilli lideri təşəbbüsü ilə ilk milli Konstitusiyamızda “məhkəmə hakimiyyəti” anlayışı öz əksini tapmış, burada hakimlərin sərbəstliyi və müstəqilliyi məsələləri məhkəmə hakimiyyətinə verilən səlahiyyətlərə daxil edilərək, ölkədə insan hüquqlarının qorunması və ədalət mühakiməsinin səmərəli təşkili istiqamətindəönəmli addımlar atılmışdır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il fevral ayının 22-də imzaladığı “İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanla insаn hüquqlаrı məsələsi ümumdövlət səviyyəsinə qаldırılmışdır.  İnsаn hüquqlаrının müdаfiəsi sаhəsində həyаtа keçirilən tədbirlərin səmərəliliyini аrtırmаq məqsədilə dahi rəhbər tərəfindən 1998-ci il iyun аyının 18-də imzalanan müvafiq sərəncamla “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” hazırlanmışdır. Həmin proqramda insan hüquqları üzrə Azərbaycan Respublikasının səlahiyyətli müvəkkili təsisatının yaradılması, Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual, Mülki və Mülki-Prosessual məcəllələrinin təkmilləşdirilməsi məqsədilə qanun layihələrinin hazırlanması və s. qanun layihələri üzrə işlərin tamamlanması, “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanları haqqında” qanun layihəsinin hazırlanması və digər mühüm məsələlər nəzərdə tutulmuşdur.

1998-ci ilin iyul ayında Konstitusiya nəzarəti orqanı olan Konstitusiya Məhkəməsi yaradılmış, 2000-ci ilin sentyabr ayında Azərbaycanda üçpilləli yeni məhkəmə sistemi fəaliyyətə başlamış, 2004-cü ildə məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası təsis edilmişdir .

Onu da qeyd etmək lazımdır ki, 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm cəzası ləğv olundu.Bu, humanizm, insanpərvərlik, insan hüquqlarına hörmət  kimi prinsiplərə söykənənböyük cəsarət tələb edən bir addım idi. Ölüm cəzasının ləğvi Heydər Əliyevin fəlsəfi-hüquqi düşüncələrindən, dərin elmi təhlilə, dünya təcrübəsinə və reallığa söykənən mövqeyindən irəli gəlirdi.

Bundan düz 19 il sonra - 2017-ci il fevralın 10-da Prezident İlham Əliyev “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamı imzaladı .Ola bilsin, ay və günlərin üst-üstə düşməsi sadəcə təsadüfdür. Mahiyyət etibarilə isə, Ulu Öndərin müəyyən etdiyi strateji xəttəvarislik,  onun məntiqi davamı  olması diqqət çəkir.

Ümumiyyətlə, tədqiqatlar göstərir ki, sərt cəza siyasətinin yeridilməsi nə cinayətkarlığın səviyyəsini, nə də miqyasını azaldır. Bu gün bir sıra ölkələrdə, o cümlədən ABŞ-ın bəzi ştatlarında ölüm cəzası qüvvədə qalmaqdadır. Lakin bu, mövcud olan zorakılığı, cinayətləri dayandırmağa nail olmur. Eləcə də, qonşumuz İranda dar ağacı narkotik qaçaqmalçılığı ilə məşğul olanları bu yoldan çəkindirməyəqadir deyil. Ölüm cəzasının ləğv olunduğu, cəza siyasətinin humanistləşdirildiyiölkəmizdə isə cinayətkarlığın, xüsusilə ağır cinayətlərin səviyyəsi ilbəil azalır. Bu, respublikadatətbiq edilən məhkəmə-hüquq islahatlarının müsbət nəticələrə gətirib çıxardığını sübuta yetirən real faktdır.

Ulu öndərin siyasi kursunu 2003-cü ildən bərilayiqiylədavam etdirəncənab Prezident İlham Əliyev dəhəmişə məhkəmə sisteminin inkişafına qayğı göstərmiş, məhkəmə hakimiyyətinin möhkəmləndirilməsinə, modernləşdirilməsinə xüsusi diqqət ayırmışdır.

Dövlət başçısının “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında müvafiq sərəncamı ilə sözügedən sahədə strateji prioritetlər müəyyənləşdirilmiş, məhkəməyə müraciət imkanları daha da genişləndirilmiş, süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasında, şəffaflıq və operativliyin təmin olunmasında müsbət nəticələr əldə edilmişdir.

Məhkəmə sistemində həyata keçirilən islahatların əsas hədəflərindən biri də regionlarda yaşayan vətəndaşların qanuni maraq və mənafeyinin ədalət mühakiməsi yolu ilə qorunması mexanizmlərinin təkmilləşdirilməsidir. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanı bölgələrdə yaşayan vətəndaşların məhkəmələrə müraciət imkanlarını genişləndirmiş, bu sahədə bir sıra mütərəqqi yeniliklərə imza atılmışdır. Həmin fərman əsasında bölgələrdə yeni apelyasiya və iqtisad məhkəmələri yaradılmışdır (5).

Son illərdə məhkəmələrin səmərəli fəaliyyətinin təşkili məqsədilə yeni binaların inşası diqqətdədir. Dövlətimizin başçısının tapşırığına əsasən bu binalarda “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə əlaqədarlazımi infrastruktur yaradılır, vətəndaşların müraciət imkanlarının asanlaşdırılması, habelə məlumatlılığın təmin edilməsi üçün  müvafiq informasiya nöqtələri, habelə müasir elektron informasiya daşıyıcıları quraşdırılır, “Elektron icra” sistemi tətbiq edilir və bu sistem vasitəsilə məhkəmə qərarlarının elektron qaydada icraya yönəldilməsi reallaşdırılır, məhkəmə ilə icra qurumu arasında sənədlərin kağızsız mübadiləsi gerçəkləşdirilir.

Qeyd edək ki, Avropa Şurası tərəfindən keçirilən “Ədliyyənin kristal tərəzisi” müsabiqəsi çərçivəsində Azərbaycan “Elektron məhkəmə” informasiya sisteminin tərkib hissəsi olan “Məhkəmənin nəbzi: idarəetmədə inqilab” adlı layihə ilə iştirak edib və həmin layihə Avropa ekspertləri tərəfindən məhkəmə sistemində elektron idarəetmənin tətbiqi baxımından ən mütərəqqi layihə kimi qiymətləndirilərək mükafata layiq görülüb .

Aydın məsələdir ki, demokratiyanın inkişafı, demokratik cəmiyyət quruculuğusöz, fikir və mətbuat azadlığı ilə sıx bağlıdır. Təsadüfi deyil ki, ötən əsrin 90-cı illərində Azərbaycan mətbuatının qarşısında duran problemlər dəulu öndəri dərindən düşünməyə, bir həll yolu axtarıb tapmağa sövq edirdi. Xüsusən senzura media üçün ağır buxova çevrilmişdi. Ulu Öndər bu sahədə islahatlarıntətbiqi üçün münasib vaxt və şərait yaranmasını gözləyirdi. Bu vaxt 1998-ci ildə çatdı. Heydər Əliyev təhlükələri tək-təksovuşdurdu, ölkə üçün həyati əhəmiyyətəmalik ictimai-siyasi sabitliyi bərqərar etdi. Artıq mətbuatda da köklü islahatları başlatmaq olardı.

Ulu Öndər 1998-ci il 6 avqust tarixində“Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman imzaladı (1). Bu hadisə cəmiyyətdə güclü reaksiyayasəbəb oldu. Bu Fərmanla senzura ləğv olundu. Bu, radikal qərar, inqilabi addım kimi qarşılanmışdı.

Çox keçmədən institusional islahatlar başladı. Haqqında danışdığımız Fərmandan iki il sonra Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi. 2002-ci ildə “Kütləvi informasiya vasitələri haqqında” Qanuna bir sıra dəyişikliklər və əlavələr olundu. Bununla da mətbu nəşrlərin dövlət qeydiyyatı ilə bağlı icazə aradan qaldırıldı. Artıq qəzet buraxmaq üçün bir ərizə kifayət edirdi. Bir qədər sonra, 2003-cü ildə Azərbaycan Jurnalistlərinin birinci qurultayında Mətbuat Şurasının yaradılması ilə mətbuatın özünütənzimləmə metoduna başlanıldı və beləliklə, cəmiyyət-media münasibətləri tədricən normallaşmağa başladı .

2003-cü ildən başlayaraq Prezident İlham Əliyev söz və mətbuat azadlığının genişləndirilməsi istiqamətində bənzəri olmayan tədbirlər həyata keçirdi. Dünyanın heç bir ölkəsində dövlət mətbuata nə birbaşa yardım edir, nə dəhər hansı qəzetin nəşriyyata olan borcunu ödəyir. Bunu bəlkə də ilk dəfə Azərbaycan dövləti etdi. Prezidentin 2006-cı ilin fevral ayında imzaladığı Sərəncamla  qəzetlərin nəşriyyata olan borclarının ödənməsini məsələsini dövlət öz öhdəsinə  götürdü.

Sonrakı illərdə isə Prezident İlham Əliyev KİV-ə birdəfəlik maddi yardım göstərilməsinə qərar verdi, medianın inkişafında dövlət dəstəyi konsepsiyası müəyyənləşdirildi. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı (13).

Bu dəstək, görülən tədbirlər KİV-in iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılmasında, vətəndaş cəmiyyəti quruculuğunda medianın rolunun gücləndirilməsində müstəsna əhəmiyyət daşıyır.

Hər hansı bir yenilik, xüsusən dəəsaslı dəyişim xarakterli islahatlar çox vaxt birmənalı qarşılanmır, müzakirələrəsəbəb olur. Heydər Əliyevin torpaq islahatı da bu kateqoriyadan olan radikal bir addım oldu. Ulu öndərin torpağı kəndliyə vermək təşəbbüsünəqarşı çıxanlar da oldu, dəstəkləyənlər də.Böyük öndər bu taleyüklü məsələdə son sözün xalq tərəfindəndeyilməsi düşüncəsində idi. Beləliklə layihə xalqın müzakirəsinə çıxarıldı və təqdir gördü. Daha sonra müvafiq proqram layihəsi hazırlanmağa başlandı və hüquqi baza formalaşdırıldı.

Aydın məsələdir ki, bu proses nisbətən ağır gedirdi. Çünki torpaqların bölünməsi həssas məsələ idi və bu mübahisələr doğurur, eləcə də bəzi vəzifəli şəxslərin sui-istifadə hallarına yol verməsi müşahidə olunurdu. Bütün problemlərə baxmayaraq, kəndli torpağın sahibi oldu. Qeyd etmək lazımdır ki, keçmiş Sovet ittifaqı məkanında torpaq islahatı  həyata keçirilən ilk respublika məhz Azərbaycan oldu.

Bir neçə xarakterik fakta diqqət yetirək. Torpaq islahatı nəticəsində 2 mindən çox kolxoz və sovxoz ləğv edildi. Kollektiv təsərrüfatlara məxsus münbit torpaqların bir hissəsi 870 min ailəyə - təxminən 3,5 milyon subyektə paylandı. Ölkədə torpaq mülkiyyətinin üç forması – dövlət, bələdiyyə və xüsusi mülkiyyət formaları tətbiq olundu. Ulu Öndər böyük uzaqgörənliklə deyirdi ki, Azərbaycanda aqrar sahənin inkişafı torpaq islahatlarının nəticələrindən asılı olacaq. Həyat onun bu qənaətini təsdiqlədi .

Digər bir yandan, torpağın əkilib-becərliməsi üçün texnikaya və maliyyə vəsaitinə ehtiyyac var idi. Çünki hər kəs bu imkana sahib deyildi.İllər sonra Azərbaycan inkişaf etdi, gücləndi və dövlət kəndlinin imdadına yetişdi. Belə ki, Aqrolizinq yaradıldı, fermerlərə güzəştli şərtlərlə gübrə, texnika, cins mal-qara təklif edildi. Uzun müddətdir ki, istehsalçılaragüzəştli kreditlər, subsidiyalar ayrılır, yanacaqda, sürtkü yağlarında, vergilərdə güzəştlər tətbiq edilir. Bütün bunlar Heydər Əliyevtərəfindən ötən əsrin 90-cı illərində əsası qoyulan aqrar-torpaq islahatlarının Prezident İlham Əliyev tərəfindən müasir mərhələdəlazımi şəkildə davam etdirildiyinigöstərir.

Hazırda postneft dövrünü yaşayan respublikamızda qeyri-neft sektorunda aparıcı qüvvələrdən sayılan aqrar sahənin ümumi daxili məhsulda payı ilbəil artmaqdadır. İndi qarşıya qoyulan ən vacib vəzifə bu sahənin ixrac potensialını artırmaqdan ibarətdir.

Aqrar sektorun inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması  ilk növbədə1996-cı ildən Ulu Öndərin başlatdığı, daha sonra isə Prezident İlham Əliyevin müasir dövrün çağırışlarına uyğun  şəkildə davam etdirdiyi islahatlar silsiləsininnəticəsidir. Bütün bunlar eyni zamanda, qlobal iqtisadi-maliyyə böhranlarının ölkəmizə olanneqativ təsirlərini maksimal dərəcədə azaltmağa imkan yaradıb. Beləliklə, aqrar sektorun inkişafı sahəsində dünyanın marağına səbəb olan Azərbaycan modeli formalaşıb.

Heydər Əliyev iqtisadi platformasında iqtisadi islahatlar dedikdə, Azərbaycan iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə aparmaq, özəl sektorun  fəaliyyətini genişləndirmək və özəlləşdirməni həyata keçirmək, sahibkarlığa, təşəbbüskarlığa geniş imkanlar yaratmaq, ölkə iqtisadiyyatını dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi sistemi əsasında qurmaq və dünya iqtisadiyyatına inteqrasiya etmək nəzərdə tutulurdu .

Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə - 1969-1982-ci illər ərzində iqtisadiyyatın dirçəlib sürətli bir şəkildə inkişafı üçün xeyli işlər görüb. Onun respublikamıza rəhbərlik etdiyi illərdə ölkənin müstəqil iqtisadiyyatının təşəkkülü, ardıcıl sosial-iqtisadi islahatların həyata keçirilməsi, bu sahənin dayanıqlı inkişafını təmin edəcək qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsində görülən işlər iqtisadi inkişafa xeyli təkan verib.  Həmin dövrdə Azərbaycan inkişaf səviyyəsinə görə SSRİ məkanında digər ölkələrdən xeyli fərqlənməkdə idi.

Bildiyimiz kimi 1991-1995-ci illər Azərbaycan iqtisadiyyatında xaos və tənəzzül dövrü hökm sürürdü.Dahi siyasətçi Heydər Əliyev bu ağır vəziyyəti yaxşı görürdü. O başa düşürdü ki, bu problemlər bir həll yolu tapılmasa, Azərbaycan heç vaxt qüdrətli bir dövlət halına gələ bilməz. Heydər Əliyev iqtisadi böhrandan yaxa qurtarmaq, vergi və sahibkarlığın inkişafınıtəmin etmək üçün bir sıra islahatlar həyata keçirdi. Ölkədə iş yerlərinin əksəriyyətinin bağlanmış olması işsizlərin sayını artırmışdı. Müharibə nəticəsində yurd-yuvasınıdidərgin düşmüş əhalinin xeyli hissəsinin əməkqabiliyyətlii olmasına baxmayaraq, iş yerlərinin kasadlığı, pulun dəyərinin aşağı düşməsi, qiymətlərin bahalaşması, alıcılıq qabiliyyətinin aşağı səviyyəsi və xarici dövlətlərlə iqtisadi əlaqələrin olmaması mövcud böhranı aradan qaldırmaqda çətinliktörədirdi.

Qısa vaxt ərzində ölkədə demokratik prinsiplərin bərqərar edilməsi, qayda-qanunun daha etibarlı qorunması təmin edilərəközbaşınalığa, hərc-mərcliyə son qoyuldu.

Ümummilli lider Heydər Əliyevin ölkə əhəmiyyətli uğurlarından biri də neftlə əlaqədardır. Azərbaycan neftinin dünya bazarına inteqrasiyası, əldə edilən gəlir hesabına milli büdcəni bərpa edilməsi, möhkəmləndirilməsi, əhalinin rifahhalının yüksəldilməsi realizə edilən uğurlu iqtisadi siyasətin bəhrəsi idi.

1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarındakı neftin birgə işlənməsi üzrə “məhsulun pay bölgüsü” tipli müqavilə imzalandı. Bu müqavilə neft sahəsində Heydər Əliyevin əldə etdiyinəaliyyətlərin hələ başlanğıcı idi. Azərbaycan üçün həyati əhəmiyyətdaşıyan bu müqavilə ölkə daxilində sabitliyin bərqərar edilməsi ilə bərabər xarici siyasətdə də müstəsna nəaliyyətlərin əldə edilməsində xüsusi rol oynadı.

“Əsrin müqaviləsi”nin imzalanması ilə mühüm əhəmiyyət kəsb edən bir digər məsələ də hasil olunacaq neftin dünya bazarına çıxarılması üçün əlverişli marşrutun axtarılıb tapılması idi. Ulu öndər Azərbaycan neft kəmərinin çoxvariantlılığı ideyasından çıxış edərək Bakı-Supsa neft kəmərinin işə salınması ilə bərabər "Əsrin müqaviləsi" çərçivəsində hasil olunacaq əsas neftin nəql edilməsi məqsədilə "Bakı-Tbilisi-Ceyhan" neft kəmərinin inşası üzrə danışıqların intensivləşdirilməsinə müvəffəq olur.

Azərbaycan, GürcüstanTürkiyə prezidentləri ABŞ-ın dövlət başçısının iştirakı ilə 1999-cu ilin noyabr ayında Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşa edilməsinə dair hökumətlərarası saziş imzalandı. Ulu öndərimizin siyasi iradəsi və uzaqgörənliyi sayəsində bu kəmərin inşası yolunda yaradılan maneələr bir-bir dəf edilərək layihənin gerçəkləşdirildi - 2003-cü ildə kəmərin inşasınastart verildi. Çoxsaylı çətinliklərə baxmayaraq Heydər Əliyevin seçdiyi yol uğuravardı və Azərbaycan neftinin dünya bazarına çıxarılması reallığa çevrildi.

Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyasının düzgün seçildiyi artıq 1996-cı ildə müşahidə olunan iqtisadi sabitlik və 1997-ci ildən başlanan sosial-iqtisadi inkişaf xətti ilə bariz şəkildə bəlliidi. 

Qeyd edilməlidir ki, Azərbaycan qazının dünya bazarlarına çıxarılması üçün kifayət qədər əhəmiyyətli layihə hesab edilən  Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin təməli dəHeydər Əliyev tərəfindən qoyulmuşdur.

Neft gəlirlərinin şəffaf xərclənməsi və ədalətli bir şəkildə gələcək nəsillərə saxlanılması da olduqca mühüm bir məsələ idi.

Bu məqsədlə Ümummilli Lider Heydər Əliyev Dövlət Neft Fondunun yaradılmasını vacib bildi və 1999-cu il dekabrın 29-da  “Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında”  Fərman imzaladı.
 Ulu öndərin müdrik qərarı əsasında Neft Fondunun ilk vəsaiti də məhz Azərbaycan xalqının ən həssas sosial təbəqəsi olan qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin maliyyələşdirilməsinə sərf edildi.

Uğurlu iqtisadi siyasətin məntiqli davamı kimi, resursların daha da səmərəli paylanmasını təmin etmək üçün səmərəli büdcə sistemi və dövlət xərclərinin idarəetmə sistemi tələb olunurdu ki, bu sahədə də ümummilli lider Heydər Əliyev tərəfindən xeyli işlər görüldü.Azərbaycanda büdcə sisteminin təşkilinin, büdcələrin tərtibi, təsdiqi, icrası və onların icrasına nəzarətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, habelə dövlət büdcəsi ilə büdcədənkənar dövlət fondlarının, yerli (bələdiyyə) büdcələrin qarşılıqlı əlaqələrinin əsas prinsiplərinin müəyyənlşdirilməsi  məqsədilə  2002-ci ildə “Büdcə sistemi haqqında”    Azərbaycan Respublikasının yeni Qanunu qəbul olundu.  

Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan sosial-iqtisadi inkişaf strategiyasının uğurlu davamı kimi 2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə bir çox uğura imza atılmış, sosial-iqtisadi inkişaf yolunda olduqca vacib nəticələr əldə edilmişdir: bütün parametrlər üzrə Azərbaycan iqtisadiyyatı bir neçə dəfə böyümüş,  Azərbaycan tarixində ilk dəfə olaraq məhz bu dövrdə iqtisadiyyatımız coğrafiyamızın sərhədlərini əhəmiyyətli dərəcədə aşmağa nail olmuş; ölkəmiz iqtisadiyyatda keçid dövrünü  2009-cu ildə uğurla başa vurmuş, “aşağı gəlirli ölkələr” sırasından “yuxarı-orta gəlirli ölkələr” sırasına yüksəlmiş; təhsil, səhiyyə, nəqliyyat, enerji, turizm və digər sahələrdə infrastruktur demək olar ki, tamamilə yenidən qurulmuş və infrastruktur imkanları əvvəlki illərlə müqayisədə xeyli genişləndirilmiş; iqtisadi müstəqillik möhkəmləndirilmiş, beləliklə ölkə borc alan ölkədən donor ölkəyə çevrilmiş; iqtisadiyyatımız regionun ən rəqabətqabiliyyətli iqtisadiyyatına çevrilmiş; iqtisadiyyatda investisiya mühiti olduqca inkişaf etmiş; müstəqil Azərbaycanın iqtisadi tarixində ilk dəfə olaraq qeyri-neft sektoru neft sektorundan, qeyri-neft ixracı neft ixracından daha sürətlə artmağa başlamış; iqtisadiyyatımızın innovasiya potensialı əhəmiyyətlidərəcədə artmış və iqtisadiyyatın İKT sektoru yaranmışdır; reallaşdırılannəhəng enerji və nəqliyyat layihələri ilə nəinki Azərbaycanın tranzit imkanları köklü şəkildə artırılmış, eyni zamanda qlobal enerji və nəqliyyat təhlükəsizliyinə mühüm töhfələr verilmişdir; ölkənin tarazlı iqtisadi inkişafı istiqamətində regionların sosial-iqtisadi inkişafı sahəsində mühümnəaliyyətlər əldə etməyə şərait yaradan inkişaf proqramları həyata keçirilmişdir və s.

Azərbaycan respublikasının prezidenti cənab  İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin hərtərəfli inkişafı və güclənməsi yolunda gördüyü işlərin ən müstəsna nəticəsi isə şübhəsiz ki, Qarabağın düşmən işğalından azad edilməsi və həmin ərazilərdəsürətlə yenidənqurma və bərpa işlərininbaşlanmasıdır. Qarabağ Zəfəri, ilk növbədə, Azərbaycanda dövlət və ordu quruculuğu, iqtisadi inkişaf sahələrində uzun illərdir aparılan siyasətin uğurunu göstərir. Azərbaycan 2020-ci il tarixinə adını nadir uğurlu ölkələrsırasına daxil edərək, dünyada bilinən yaxşı imicini bir daha əhəmiyyətli dərəcədə yüksəltmiş və öz gücünü bütün dünyaya sübut etmişdir.

Xüsusilə qeyd etmək lazımdır ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı üçün yeni imkanlar açır. Bu bölgələrin iqtisadi cəhətdən mənimsənilməsi qarşıdakı illərdə turizm, kənd təsərrüfatı, nəqliyyat, alternativ enerji, dağ-mədən sənayesi və digər qeyri-neft sektorlarının inkişafına əhəmiyyətli töhfələr verəcəkdir . 

Azərbaycanda bundan sonra da həyata keçiriləcək iqtisadi islahatların məqsədi yüksək insan kapitalına və innovasiyalara əsaslanan dayanıqlı və rəqabətqabiliyyətli Azərbaycan iqtisadiyyatının formalaşdırılmasıdır.

Ümumiyyətlə, Azərbaycan dövləti tərəfindən həyata keçirilən innovasiya siyasəti yeni bilik və texnologiyaların istehsalı, yayılmasını və tətbiq edilməsi üçün lazımi şəraitin yaradılmasını nəzərdə tutur. Bu siyasət, ilk növbədə, iqtisadi təhlükəsizliyin təmin edilməsinə, yeni texnologiyalar sahəsində imkanların beynəlxalq iqtisadi əlaqələrdə istifadəsinə, elmi nəticələrin ənənəvi inzibati amirlik metodları ilə tətbiqinin yenisi ilə əvəz edilməsinin labüdlüyünə, ölkənin əmək potensialının bütün növləri və ilk növbədə yüksək ixtisaslı kadrlar üçün iş yerlərinin yaradılması zərurətinə, eləcə də elmtutumlu istehsal mədəniyyətinin yenidən bərpa edilməsinə yönəlib .

Azərbaycanda innovasiyasiyasəti həm istehsalata, həm də sosial sferaya elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqini nəzərdə tutan investisiya fəaliyyətinin müəyyən bir forması kimi həyata keçirilir. Buraya uzunmüddətli elmi-texniki proqramların həyata keçirilməsi, iqtisadiyyatın strukturunun təkmil hala gətirilməsi, məhsuldar qüvvələrdə keyfiyyət dəyişiklikləri etmək üçün fundamental tədqiqatların maliyyələşdirilməsi, texnika və texnologiyanın mahiyyətcə yeni, qənaətcil növlərinin işlənib hazırlanması, istehsalı, yayılması və tətbiqi aid edilir.

Müasir dövrdə milli iqtisadiyyatımızın inkişafını səciyyələndirən ən vacibməqamlardan biri sahibkarların innovasiya sahəsində həyata keçirdikləri fəaliyyətin səmərəli hala gətirilməsidir. Bu isə, öz növbəsində, ölkə iqtisadiyyatının ümumi dinamizminin və inkişafının təmin edilməsindən, habelə innovasiyalı idarəetmənin yüksək effektivliyinin təmin edilməsindən asılıdır. Bu baxımdan respublikada innovasiyaın inkişafına göstərilən dövlət dəstəyi ölkəmizin ümumi inkişafında xüsusi əhəmiyyətə malikdir.

Qeyd etməliyik ki, keçən illər ərzində ölkə başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar fonunda istehsalın əsas amillərindən olanölkəmizdə innovasiyanın inkişafı üçün tələb edilən şərait tam yaradılmışdır. Burada əsas yeri, əlbəttə ki, yüksək informasiya texnologiyasının tətbiqinə imkan yaradan dövlətin innovasiya siyasəti tutur.

Bu gün Azərbaycanda ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt üzrə fəaliyyəti uğurla davam etdirilən sahələrdən biri də informasiya-kommunikasiya texnologiyaları  sahəsidir. Bu sahənin ölkəmiz üçün vacibliyini və əhəmiyyətini vurğulayan ilk rəsmi sənəd ulu öndərin 2003-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” olmuşdur. Daha sonra 2004-cü ildə “Poçt rabitəsi haqqında”, “Elektron imza və elektron sənəd haqqında”, 2005-ci ildə “Telekommunikasiya haqqında”, “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanunları qəbul olunub, “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı” (“Elektron Azərbaycan”) təsdiq edilib.Tətbiq edilən uğurlu strategiya nəticəsində Azərbaycanda "Elektron hökumət”in yaradılmasınanail olunub. Dövlət qurumları informasiya ehtiyatlarından, online elektron xidmətlərdən geniş istifadə etməyə başlayıb.

Bu, müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən ölkə ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradır.Yaradılan imkanların əsas məqsədi sosial xidmət təminatında dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” azaltmaq, həmçinin, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Demokratik dəyərlərə əsaslanan yeni ictimai münasibətlər sistemində müasir modellərdən bəhrələnməklə yanaşı, milli-tarixi dövlətçilik ənənələrinə, milli idarəçilik təliminə və maraqlara uyğun formalaşdırılan yeni idarəetmə modeli xalqa xidmətin, şəffaf və səmərəli idarəetmənin konseptual əsaslarını yaratmağa istiqamətlənmişdir. İslahatların mühüm konseptual innovasiyası mütərəqqi modellərin müsbət cəhətlərini siyasi varisliklə, milli maraqlarla uyğunlaşdırılmaq və tətbiq etmək vətəndaşyönümlü modern idarəetmə modelinin formalaşdırılmasında ifadə olunur. Respublikamızda yeni inkişaf mərhələsinin mühüm təminat şərti kimi təsbit olunan səmərəli dövlət idarəetməsinin qurulmasına yönələn dövlət siyasətinin mərkəzində vətəndaş durur, onun məmnunluğu dövlət xidmətlərinin keyfiyyət və asanlığının əsas göstəricisi hesab olunur, şəffaflığın təminatı, kadr potensialının  zənginləşdirilməsi ictimai həyatın bütün sahələrinin dinamik inkişafı  ilə eyni ahəngdə uğurla davam etdirilir. Bu gün ölkəmizdə cəmiyyət və dövlət həyatının bütün sahələrini əhatə edən islahatlar aparılır və hakimiyyətin bütün qolları bu prosesdə fəal iştirak edir. Bütün bunlar, həmçinin milli səviyyədə formalaşmış əlverişli ictimai, siyasi, hüquqi və iqtisadi mühit gənc Azərbaycan dövlətinin parlaq gələcəyinə olan inamı daha da artırır.Son illərdə dövlət səviyyəsində görülmüş ciddi tədbirlər nəticəsində respublikada kadr və struktur islahatları mükəmməl şəkildə reallaşdırılmaqdadır. Cənab Prezident İlham Əliyevin sosial, iqtisadi və s. sahələrdə apardığı çoxsaylı islahatlar birbaşa xalqın rifahı və dövlətin daha güclü olmasına hesablanır.

Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanın­da əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu Silahlı Qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan Cənab İlham Əliyev:  Azərbaycan 44 gündə yazdığı tarixlə haqqı-ədaləti, beynəlxalq hüququ bərpa etdi, işğala son qoydu, “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi artiq yoxdur. Prezident Cənab İlham Əliyevin liderliyi ilə 44 günlük bir müddətdə Azərbaycan dillərə dastan olan bir qələbəyə imza atdı. Aylar, illər ötəcək, bu müharibə heç kəsin dilindən düşməyəcək. Kitablar, dərsliklər yazılacaq, bu müharibədə iştirak etmiş hər bir Azərbaycanlı isə qəhrəmanlar olaraq anılacaq.Azərbaycanın şanlı hərbi-siyasi tarixinin növbəti şanlı səhifəsi yazıldı.Tarixi bir missiya başa çatdı və Qarabağ problemi beynəlxalq hüququn tələblərinə uyğun olaraq, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edildi. Bizə bu Qələbəni yaşadan Müzəffər Ali Baş Komandanımıza, rəşadətli Azərbaycan Ordusuna, Vətən torpaqları uğrunda canlarından keçən igid oğullarımıza minnətdarıq! Azərbaycan bir daha həm ön cəbhədə, həm də informasiya müharibəsində apardığı cəsur mübarizəsi ilə birliyinin sarsılmaz və əbədi olduğunu sübut etdi.

Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır!

 

İstifadə Olunmuş Resurslar:

1.      “Azərbaycan Respublikasınında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı

2.      “Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və İslah-Əmək Məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu

3.      Ədalət Muradov “Azərbaycanda sosial-iqtisadi inkişafın İlham Əliyev dövrü”, “Azərbaycan” qazeti: 24.12.2021

4.      Zaur Pirverdiyev  “Heydər Əliyev məhkəmə-hüquq sistemində islahatların ideya müəllifidir”  ,  “Xalq” qazeti: 14.12.2022

5.      “İnnovasiyalı inkişaf və iqtisadi islahatlar: əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu” Kamran İmanov, Bakı-2019, s.5

6.        Gülşən Raufqızı “Heydər Əliyev və iqtisadi islahatlar”

7.      Gülşən Şərif  “İKT-nin inkişaf etdirilməsi: Rəqəmsallaşmada Azərbaycan modeli”

8.       Nazənin Hüseynova “İdarəetmədə müasir islahatların əsas istiqamətləri: şəffaflıq, ASAN Xidmət, vətəndaş məmnunluğu”

9.       “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə”  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

10.  Emin Qasımov  Dövlətimizin innovasiya siyasəti Azərbaycanın inkişafında müstəsna rol oynayır”, Respublika” qazeti: 22.12.2013

11.  http://scfwca.gov.az/post/1546/heyder-eliyev-irsi-musteqil-dovletcilik-ve-muasirlik

12.  https://azertag.az/xeber/Heyder_Aliyevin_islahatlar_strategiyasi_derin_tenezzulden_heyretamiz_yukselise_aparan_yol-1056281

13.  https://nk.gov.az/az/article/581/

14.  https://www.e-qanun.az/

15.  https://asan.gov.az/