Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində müasir islahatlar və yeni inkişaf mərhələsi

S.e.f.d. dosent  Murtəza Həsənov, 

Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə Fakültəsinin Dekanı

 

  Azərbaycan Respublikasının dövlət idarəçiliyinin inkişaf tarixi

     Siyasi sistemin bütün ölkələrdə cəmiyyətin siyasi həyatının təşkilatlandırıcı, istiqamətverici və institusional-hakimiyyət əsası kimi çıxış edir. Siyasi sistem siyasi hakimiyyəti təşkil edir, bütün cəmiyyətdəki, ayrı-ayrı siyasi, ictimai institutlarla dövlət arasındakı münasibətləri tənzimləyir, cəmiyyətin vahid orqanizm kimi mövcud olmasına təminat yaradır, proseslərin istiqamətlərini müəyyənləşdirir. Demokratik idarəçilik rejiminə malik ölkələrdə siyasi sistem bir-birilə qarşılıqlı əlaqədə olan alt sistemlərdən ibarətdir. Eyni ilə Azərbaycanda da siyasi sitemi qarşılıqlı əlaqədə olan elementlərdən ibarətdir.

Demokratik xarakter daşıyan siyasi sistemlər bütün milli və vətəndaş resurslarını ictima-siyasi proseslərə cəlb etdikdə üstün imkanlara və xüsusiyyətlərə malik olur.   Azərbaycan Respublikası ən qədim insan məskənlərindən biridir. Azərbaycan  ərazisindən arxeoliji qazıntılar nəticəsində tapılmış əmək alətlərinə, əşyalara, yaşayış məskənlərinə əsasən söyləmək olur. Azərbaycan dünyanın ən qədim dövlətçilik ənənələrinədə sahibdir. Azərbaycan ərazisində olan Manna, Atropatena, Albaniya, Ağqoyunlu, Qaraqoyunlu və s. kimi ölkələr dövlətçilik ənənələrinin inkişafına şərait yaratmışdır. Həmçinin Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Şəki hakimləri, Səlcuqlar, Eldənizlər, Monqollar, Elxanilər, Çobanilər, Cəlarilər, Teymurilər, Osmanlılar, Səfəvilər, Əfşarlar, Qacarlar dövlətçilik tarixində dərin iz qoymuşdurlar. Ölkəmiz təxminən 5 min illik dövlətçilik tarixinə malikdir.

Azərbaycan ərazisində dövlətlərin olması və Azərbaycan sülaləri tərəfindən idarə olunması Azərbaycanın daxili və beynəlxalq əlaqələrinə müsbət təsir göstərmiş, hərbi-siyasi təsiri gücləndirmiş, dilinin işlənmə dairəsini genişləndirmiş, maddi və mənəvi varlığın inkişafına şərait yaratmışdır.

Azərbaycanın dövlətçilik mədəniyyətinin inkişafında Ağqoyunlu hökümdarı Uzun Həsənin rolu böyükdür. Onun hakimiyyət illərində, yəni 1468-1478-ci illərdə Ağqoyunlu Yaxın və Orta Şərqdə  güclü hərbi-siyasi amilə çevrilmişdir.

Azərbaycan xalqının sovet dövrü 1920-1991 ci illəri əhatə etmişdir. Bu dövr  xalqın maddi mənəvi inkişafı, sosial-iqtisadi uğurları ilə yadda qalmışdır.

XX yüzilliyin 70-80- ci illəri Azərbaycan xalqının milli azadlıq hərəkatının yeni yüksəliş mərhələsi oldu. Görkəmli dövlət xadimi  Ümummilli Lider Heydər Əliyevin bir çox sahələr üzrə həyata keçirdiyi islahatlar, quruculuq işləri milli şüur və qürur hisslərinin oyanışına səbəb olmuşdur.

18 oktyabr 1991-ci il Azərbaycnın tarixində xüsusi gün kimi qeyd edilir. Bu tarixdə Azərbaycan Respublikasının müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilmiş və müstəqillik günü kimi qeyd edilir.

1991-ci ildə Azərbaycanın müstəqilliyi bərpa olundu. 1991-1993-cü illərdə dövlət siyasəti deklarativ xarakter daşıyırdı. Buna görədə dünya ölkələrinin əlaqələri tam deyildi.

Azərbaycan müstəqilliyinin əsas göstəricilərində biri konstitusiyadır. Həmin dövrdə Azərbaycanda ali qanun mövcud deyildi. Həmçinin parlament formalaşdırılmamışdı və qanunlar qəbul edilməmişdi . Görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə xalqın tələbilə hakimiyyətə gəlişi ilə bu vəziyyət dəyişdi. O Azərbaycan Respublikasının bütün sahələrində dövlət quruculuğu proseslərini başlandı.

Bu dövrdə sisyasi sistem formalaşdırıldı, idarəçilik institutları yaradıldı, demokratik idarəçilik rejimi seçildi və bütün bunlar ölkənin yeni Konstitusiyasına əlavə edildi.

Bu sistem zaman keçdikcə xalqın milli xüsusiyyətlərini və respublikanın tarixi şəraitinin reallıqlarına uyğun olaraq dəyişdi və inkişaf etdi.

Azərbaycan Respublikasının siyasi sisteminin formalaşmasının hüquqi cəhətdən başa çatması çoxpartiyalı sistem əsasında parlamentin yaradılması və yeni Konstitusiyanın qəbul edilməsi ilə bağlıdır.

1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. 1993-cü ildən başlayaraq Azərbaycanın siyasi sistemində vətəndaşların rolu artdı. İnsanlar siyasi partiya üzvü, siyasi fəal və s. kimi proseslərdə iştirak edə bilərdilər.

Azərbaycanın demokratik siyasi sisteminin inkişafının əsasında dayanan ən önəmli faktor siyasi resusrları özünə çəkməsi idi.

Siyasi hakimiyyətə, vətəndaşların, sosial qrupların və siyasi institutların davranışını tənzimləməyə, kordinasiya etməyə, vətəndaş cəmiyyətinə məqsədyönlü formada təsir göstərməyə şərait yaradan bu resurslar oldu. Həmçinin bu resurslar vətəndaşların və sosial qrupların ictimai fayda götürməsini həyata keçirdi və cəmiyyətin tarazlı inkişafını təmin etdi.

Azərbaycanın siyasi sisteminin xarakterik xüsusiyyəti odur ki, ictimaiyyətin tələblərini, vətəndaşların, sosial qrupların müxtəlif maraqlarını və mənafelərini və eyni zamanda dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsindəki ümumi maraqlar balansını nəzərə alır.

Bütün bunların təmin edilməsinin əssas şərti ilk növbədə ölkənin siyasi sisteminin açıq, demokratik və hüquqi xarakter daşıması, dövlətlə vətəndaş cəmiyyəti arasındakı münasibətlərin demokratik normalar çərçivəsində tənzimlənməsidir . 

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra dövlət idarəçiliyində həyata keçirilən islahatlar

1.     Dövlət orqanlarının elektron xidmətləri

2011-ci il mayın 23-də "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Prezidentin fərmanına əsasən, dövlət orqanlarının elektron xidmətləri yaradılmışdır. Açıq hökumətin təşviqinə dair 2012-2015- ci illər üçün Milli Fəaliyyət Planında da şəffaflığın artırılması və açıq hökumətin təşviqi üçün nəzərdə tutulan tədbirlərdən biri məhz elektron xidmətlərin təkmilləşdirilməsi olmuşdur. Mütərəqqi cəhətlərdən birini də idarəetmənin modernizasiyasının onun bütün sahələrinin təkmilləşdirilməsi ilə paralel şəkildə aparılması təşkil edir.

2. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN)

Dövlət idarəetməsinin modernizasiyası, şəffaflığın artırılması və idarəetmədə yeni fəaliyyət üslubunun formalaşdırılması yönümündəki mühüm tədbirlərdən biri Prezidentin 13 iyul 2012-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması oldu. Agentlik dövlət orqanlarında şəffaflığın artırılmasının, vətəndaşlara xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaların tətbiqilə göstərilməsinin, vətəndaşlara münasibətdə etik qaydalara əməl edilməsinin və vətəndaş məmnunluğunun təmininin zəruriliyindən yaradılmışdır. Agentliyin yaradılması "vətəndaş - dövlət qulluqçusu" münasibətlərinin inkişafı, vəzifəli şəxslərdə yeni düşüncə tərzinin və fəaliyyət üslubunun formalaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, eyni xidmətləri bir neçə dövlət orqanı göstərdikdə onlar arasında sağlam rəqabət mühiti yaranır ki, bu da korrupsiyanın, süründürməçiliyin qarşısını almağa və vətəndaş məmnunluğunun təmininə səbəb olur. Bu xüsusiyyətin islahatlar prosesində nəzərə alınması bir neçə orqanın xidmətlərini bir qurumda təqdim edən "ASAN xidmət" mərkəzlərinin yaradılması ilə  nəticələnmişdir. Eyni xidməti göstərmək imkanının paralel olaraq bir neçə quruma verilməsi vətəndaşa xidmət qurumunu seçmək imkanı yaradır. Məhz bu seçim səmərəlilik göstəricisini müəyyənləşdirir, şəffaflıq, asanlıq, çeviklik və vətəndaş məmnunluğu prinsiplərini önə keçirir, innovativ fəaliyyətin genişlənməsi  müasir dövrün əsas çağırışlarından birinə çevrilir .

3. Azərbaycanın dinamik inkişafı, iqtisadi və sosial sahədə əldə olunan müsbət dəyişikliklər, öz növbəsində, dövlət idarəçiliyi sistemində islahatlar aparılmasını tələb edir.

Buna əsasən,2019-cu il Yanvarın 16-da Azərbaycan Prezidentinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərmanına əsasən, nazirliyin bir sıra departament, mərkəz və institutları birləşdirildi, bəziləri ləğv edildi.

Həmin il yanvarın 14-ü imzalanan fərmana əsasən Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılıb.

4. Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST)

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 229 nömrəli 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin Nizamnaməsi və Strukturu Azərbaycan Respublikası Prezidentinin 387 nömrəli 10 dekabr 2018-ci il tarixli Fərmanına əsasən təsdiq olunub. Fərmana görə, bu mərkəzlərdə xidmətlər "bir pəncərə", həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilir.

Vətəndaşların bilavasitə, telefon və ya internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər üsullarla xidmətlərin həyata keçirilməsi təmin edirlər .

5. Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”-nin hazırlanması

Azərbaycan Respublikasında milli iqtisadiyyatın inkişafı ilə bağlı hökumət tərəfindən hazırlanan və uğurla həyata keçirilən qanunvericilik aktlarından biri də “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”dir. Haqqında bəhs edilən Yol Xəritəsi Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cü il tarixli Fərmanı ilə təsdiq edilmişdir Strateji Yol Xəritəsində Azərbaycan iqtisadiyyatının perspektivləri ilə bağlı dörd əsas strateji məqsəd müəyyən olunmuşdur. Həmin məqsədlərə nail olmaq üçün dörd strateji hədəf müəyyən edilmişdir. Birincisi hədəf fiskal dayanıqlılığın və stabilliyin təmin olunması, ardıcıl olaraq monetar siyasətin tətbiq edilməsidir. İkinci hədəf dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların aparılması və özəlləşdirmənin ardıcıl şəkildə həyata keçirilməsidir. Üçüncü hədəf müasir dövrün ən dəyərli kapitalı mahiyyətini daşıyan insan kapitalın artırılması və hərtərəfli inkişaf etdirilməsidir. Dördüncü hədəf ölkədə biznesin istənilən sferası və sahəsi üçün əlverişli mühit yaratmaq və mövcud biznes şəraitini daha da inkişaf etdirərək təkmilləşdirməkdir.

6. Təhsildə islahatlar:

• Azərbaycan müstəqillik əldə etdikdən sonra, müasir tələblərə cavab verən, uşaqların dünyagörüşünü artıran, onların fiziki inkişafını təmin edən, sağlamlığını qoruyan yeni tipli müəssisələrin açılmasını təmin edilmişdir.

•Regionların xüsusiyyətlərini və tələbatını nəzərə almaqla, buradakı müxtəlif tip və növlü təhsil müəssisələrinin inteqrasiyası nəticəsində yeni təhsil kompleksləri yaradılmışdır.

•Ümumtəhsil məktəbləri şəbəkəsində özəl sektoru stimullaşdırılmışdır.

•Ali və orta peşə ixtisası sahəsində kadr hazırlığının çevikliyini və dinamikliyini təmin etmək məqsədi ilə mövcud təhsil müəssisələri şəbəkəsini optimallaşdırılmışdır.

•Təhsil sisteminin müxtəlif tipli müəssisə və təşkilatları üçün rəhbər kadrların hazırlanması və yenidən hazırlanmasını təşkil edilmişdir.

•Bu gün Azərbaycanın ümumi təhsil sistemində məzmun islahatları "Kurikulum islahatları" adı altında aparılır.

7. Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxs (ABAD)

“ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb.

Qurumun yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, mikro, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir.

“ABAD” dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələrini həyata keçirilir. Həmin layihələrin icrasının təmin edilməsi məqsədi ilə yerli, xarici və beynəlxalq şirkət və təşkilatlarla əməkdaşlıq münasibətləri qurulub və investisiyalar cəlb edilib. Qeyd edək ki, istehsal olunan məhsulların üzərində istehsalçı ailənin adı ilə yanaşı, məhsulun “ABAD”ın nəzarəti altında hazırlandığını göstərən müvafiq nişan yerləşdirilir.

Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”

Strategiyanın əsas məqsədi dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasıdır.

Strategiya dövlət qulluğu sisteminin inkişafı məqsədilə institusional quruculuq, kadr siyasəti, dövlət qulluqçularının rotasiyası, onların peşəkarlığının və fəaliyyətinin səmərəliliyinin artırılması, dövlət qulluğunda səriştə (kompetensiya) və mütərəqqi motivasiya (həvəsləndirmə) modellərinin tətbiqi, dövlət qulluğunun informasiya təminatının yaxşılaşdırılması sahəsində və bir sıra əlaqəli sahələrdə əsaslı islahatlar aparılmasını nəzərdə tutur.

Dövlət qulluğu sahəsində həyata keçiriləcək islahatların ümumilikdə ölkəmizdə dövlət idarəetməsinin inkişafı konsepsiyası ilə uzlaşmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafının aşağıdakı əsas prinsipləri müəyyən edilir:

− meritokratiya: dövlət qulluqçularının seçilməsində, qulluqda yüksəlişində və dövlət qulluğu keçməsində bilik, bacarıq, dünyagörüşü və şəxsi keyfiyyətlərin əsas amil kimi rəhbər tutulduğu sistemin qurulması;

− şəffaflıq və hesabatlılıq: dövlət qulluğu sahəsində islahatlar şəffaf həyata keçirilir, bütün tədbirlər barədə ictimaiyyət məlumatlandırılır;

− sistemlilik və planlılıq: dövlət qulluğunun inkişafı üzrə tədbirlər yekun nəticəyə xidmət edən ardıcıl, məqsədyönlü və kompleks islahatlar formasında planlı şəkildə həyata keçirilir;

− innovasiyaların tətbiqi: dövlət qulluğu sahəsində fəaliyyət dövlət idarəetməsində ən son yeniliklərin tətbiqi və innovativ yanaşma ilə həyata keçirilir;

− səmərəlilik: dövlət qulluğunun inkişafı ilə əlaqədar tədbirlərə sərf edilən resurslar əldə edilməsi gözlənilən nəticələrə mütənasib olmalıdır;

− istisnalara yol verilməməsi: dövlət qulluğunun inkişafına dair islahatların həyata keçirilməsi zamanı dövlət qulluqçularına subyektiv amillərdən çıxış edərək üstünlük verilməsi və ya onların hüquqlarının məhdudlaşdırılması yolverilməzdir.

Müasir dövrdə  dövlət qulluğunda kadr siyasətinin inkişafı

Kadr siyasətinin strateji istiqaməti dövlətin inkişafı üçün vacib olan kadr potensialının yaradılmasına və ondan səmərəli istifadəyə xidmət etməklə müvafiq olaraq dövlətin gücləndirilməsinə və peşəkar dövlət qulluğunun formalaşdırılmasına yönəlir. Ümumdövlət siyasətinin əsasında formalaşan, mürəkkəb struktura və obyektiv məzmuna malik olan kadr siyasəti səmərəli dövlət qulluğu üçün zəruri əhəmiyyət kəsb edir. Məhz kadrlar dövlət qulluğunun vəzifələrinin yerinə yetirilməsi üçün mühüm amildir. Dövlət qulluğunda kadr siyasəti dövlət qulluqçularının seçilməsi, yerləşdirilməsi, qiymətləndirilməsi və inkişafı sahəsində həyata keçirilən tədbirlərin sistemidir. O, dövlətin vahid siyasətinin tərkib hissəsi olub, müvafiq olaraq onun vəzifələrinin yerinə yetirilməsinə xidmət edir. Hazırda respublikamızda kadr siyasəti peşəkarlığa, müasirliyə, milli ideologiyaya və milliliklə ümumbəşəri dəyərlərin optimal vəhdətinə əsaslanır. Milli-mənəvi dəyərlərə bağlı, dövlətini və millətini sevən, yaradıcı təfəkkürlü, yüksək ixtisaslı, geniş dünyagörüşlü, peşəkar kadrların dövlət qulluğuna cəlb olunması üçün mühüm tədbirlər görülür.

Dövlət qulluğunda kadr siyasətinin strateji istiqamətindən irəli gələn vəzifələrinə kadr tələbatının planlaşdırılmasını, dövlət qulluğuna vətənpərvər, məsuliyyətli, yüksək ixtisaslı, müasir dünyagörüşlü və yeniliklərə meyilli kadrların seçilməsini və yerləşdirilməsini, gənclərin dövlət qulluğuna cəlb olunmasını, qiymətləndirmədə obyektivliyin təminini, insan resurslarının məqsədyönlü idarə olunmasını, rəhbər vəzifələr üçün ehtiyat kadrların formalaşdırılmasını, kadr potensialının, kadrların fərdi inkişafını və s. aid etmək olar. Bu vəzifələrin icrası üçün müsabiqə, müsahibə, qulluqda irəliləyiş, attestasiya, fəaliyyətin qiymətləndirilməsi kimi mexanizmlərdən istifadə olunur.Kadr siyasətinin strateji istiqaməti dövlətin inkişafı üçün vacib olan kadr potensialının yaradılmasına və ondan səmərəli istifadəyə xidmət etməklə müvafiq olaraq dövlətin gücləndirilməsinə və peşəkar dövlət qulluğunun formalaşdırılmasına yönəlir. Ümumdövlət siyasətinin əsasında formalaşan, mürəkkəb struktura və obyektiv məzmuna malik olan kadr siyasəti səmərəli dövlət qulluğu üçün zəruri əhəmiyyət kəsb edir. Məhz kadrlar dövlət qulluğunun vəzifələrinin yerinə yetirilməsi üçün mühüm amildir. Dövlət qulluğunda kadr siyasəti dövlət qulluqçularının seçilməsi, yerləşdirilməsi, qiymətləndirilməsi və inkişafı sahəsində həyata keçirilən tədbirlərin sistemidir. O, dövlətin vahid siyasətinin tərkib hissəsi olub, müvafiq olaraq onun vəzifələrinin yerinə yetirilməsinə xidmət edir. Hazırda respublikamızda kadr siyasəti peşəkarlığa, müasirliyə, milli ideologiyaya və milliliklə ümumbəşəri dəyərlərin optimal vəhdətinə əsaslanır. Milli-mənəvi dəyərlərə bağlı, dövlətini və millətini sevən, yaradıcı təfəkkürlü, yüksək ixtisaslı, geniş dünyagörüşlü, peşəkar kadrların dövlət qulluğuna cəlb olunması üçün mühüm tədbirlər görülür.

 Dövlət qulluğunda kadr siyasətinin strateji istiqamətindən irəli gələn vəzifələrinə kadr tələbatının planlaşdırılmasını, dövlət qulluğuna vətənpərvər, məsuliyyətli, yüksək ixtisaslı, müasir dünyagörüşlü və yeniliklərə meyilli kadrların seçilməsini və yerləşdirilməsini, gənclərin dövlət qulluğuna cəlb olunmasını, qiymətləndirmədə obyektivliyin təminini, insan resurslarının məqsədyönlü idarə olunmasını, rəhbər vəzifələr üçün ehtiyat kadrların formalaşdırılmasını, kadr potensialının, kadrların fərdi inkişafını və s. aid etmək olar. Bu vəzifələrin icrası üçün müsabiqə, müsahibə, qulluqda irəliləyiş, attestasiya, fəaliyyətin qiymətləndirilməsi kimi mexanizmlərdən istifadə olunur .

Dövlət orqanlarında kadr siyasətinin müasir tələblərə uyğun həyata keçirilməsi məqsədilə həmin orqanların rəhbərləri kadr siyasətini fəaliyyətin prioritet sahəsi kimi qəbul edir, tabeliklərində olan rəhbər vəzifəli şəxslərin insan resursları ilə işə daha çox diqqət yetirmələrini təmin edir, özlərinin və tabeliklərində olan rəhbər vəzifəli şəxslərin bu sahədə biliklərinin artırılması üçün zəruri tədbirlər görürlər.

Dövlət orqanlarında kadr siyasəti planlı şəkildə həyata keçirilir və insan resurslarının idarə edilməsi sahəsində şəffaflıq təmin olunur. Şura və Mərkəz dövlət orqanlarına kadr siyasətinin formalaşdırılması və həyata keçirilməsi ilə bağlı zəruri təşkilati və metodiki kömək göstərilir, rəhbər vəzifəli dövlət qulluqçuları üçün müvafiq sahədə təlimlər təşkil edilir.

     Ulu Öndər Heydər Əliyevin kadr hazırlığı strategiyası

Məhz Ulu öndər Heydər Əliyevin yürütdüyü siyasət sayəsində Azərbaycan xalqı firavan və rifah içində yaşayır və yaşayacaq. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev uzaqgörən və qətiyyətli siyasətçi olmuş,bu uzaqgörənliyi isə ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-82-ci illərdə sübut etmişdir.Ulu öndərimizin rəhbərliyinin ilk dövründə –  60-cı illərin axırlarında  Azərbaycan iqtisadi  və mədəni tənəzzül   dövrünü yaşayırdı. O zaman məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşandı. Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycanda KP MK-nın katibi seçilmiş və bu dövrdə Azərbaycanın gələcəyə aparan yollarını müəyyən etmişdir. Bu səbəbdən bu dövr Heydər Əliyev dövrü kimi xatırlanır. Ulu öndər rəhbərliyinin ilk dövründə təməli möhkəm olan inkişaf strategiyasına başlamış və bu strategiyanın həyata keçirilməsində böyük səy göstərmişdir.

 Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlət idarəçilik sisteminin qurulması üçün atdığı növbəti addım 21 iyul 2000-ci ildə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi ilə bağlı oldu. Bu qanun Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılması, bu sahədə kadr siyasətinin əsas prinsiplərini, dövlət qulluqçularının cəmiyyətdəki yerini və onların hüquq və vəzifələrini müəyyənləşdirdi.

Dövlət qulluğunun daha səmərəli təşkili və həyata keçirilməsi ilə bağlı normativ hüquqi aktların, metodik göstərişlərin layihələrinin hazırlanması və digər məsələlərin tənzimlənməsi üçün Ümummilli Lider Heydər Əliyev 2002-ci il martın 29-da "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında" Əsasnamənin təsdiq edilməsi barədə qanun imzaladı. Şura vahid dövlət kadr siyasətinin formalaşdırılmasında iştirak etməli, hakimiyyət orqanlarında dövlət qulluğunun vəziyyətinin və səmərəliliyinin təhlilini aparmalı, dövlət qulluğunun kadr təminatının proqnozlaşdırılması və planlaşdırılması işinin həyata keçirilməsini təşkil etməli idi. Şura 18 nəfər üzvdən ibarət tərkibdə təşkil edildi və dövlət hakimiyyəti orqanlarının dövlət qulluğu və kadr xidmətlərinin metodik işinin əlaqələndirilməsini, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş hallarda şikayətlərə baxılmasını, dövlət qulluqçularının peşə hazırlığı, təcrübə və əlavə təhsili sahəsində işlərin təhlili və bununla bağlı təkliflərin hazırlanmasını, dövlət qulluqçularına dair məhdudiyyətlərin və təminatların yerinə yetirilməsinə nəzarət edilməsi işini və şuranın səlahiyyətlərinə aid edilən digər məsələləri təşkil etdi.

Azərbaycanda dövlət qulluqçularının sayı

Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbulundan ötən dövr ərzində dövlət qulluğu sahəsində geniş qanunvericilik bazası yaradılmış, həyata keçirilmiş islahatlar nəticəsində Azərbaycanda müasir dövlət qulluğu sistemi formalaşmış, dövlət qulluqçularının peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə zəruri addımlar atılmışdır.

2022-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 26,7 min nəfər olmuşdur ki, onların da 28,0 faizini qadınlar təşkil edir. Dövlət qulluqçularının 6,8 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali - 3-cü təsnifatları, 3,4 faizi 4-cü təsnifatı, 11,6 faizi 5-ci təsnifatı, 8,8 faizi 6-cı təsnifatı, 48,4 faizi 7-ci təsnifatı, 21,0 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləmişdir.

Dövlət qulluqçularının 7,0 faizi 1 ilədək, 23,1 faizi 1 ildən 5 ilədək, 25,9 faizi 5 ildən 10 ilədək, 17,2 faizi 10 ildən 15 ilədək, 26,8 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçularının 2,5 faizini 25 yaşadək, 13,3 faizini 25-29 yaşda, 17,3 faizini 30-34 yaşda, 15,1 faizini 35-39 yaşda, 12,2 faizini 40-44 yaşda, 9,3 faizini 45-49 yaşda, 8,7 faizini 50-54 yaşda, 10,4 faizini 55-59 yaşda, 9,6 faizini 60-64 yaşda, 1,6 faizini 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.

Dövlət qulluğu haqqında qanun 21 iyul 2000-ci ildə qəbul olunub,1 sentyabr 2001-ci ildə qüvvəyə minmişdir.Dövlət Qulluğu haqqında qanuna dəyişikliklər bu tarixlərdə olmuşdur:

•13 fevral 2001-ci il; •2 iyul 2002-ci il ;•17may 2011-ci il ;•03 aprel 2015-ci il ;•31 may 2016-cı il ;•31 yanvar 2020-ci il ;•14 iyul 2021-ci il ;•10 aprel 2023-cü il.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra dövlət qulluğunda həyata keçirilən islahatlar

Azərbaycan müstəqillik əldə etdikdən sonra, dövlət qulluğu sahəsində bir çox islahatlar həyata keçirildi. Azərbaycan Respublikasında son illərdə dövlət qulluğunda ciddi islahatlar həyata keçirilmişdir.

• İlk olaraq, yeni bir konstitusiya hazırlandı və 1995-ci il sentyabrında referendumla təsdiq edildi. Bu konstitusiya, azadlıqları və hüquqları qoruyan maddələrlə zənginləşdirildi.

•Bu islahatların ən vaciblərindən biri, 2016-cı ilin iyulunda qəbul edilmiş yeni “Dövlət Xidmətləri” qanununun tətbiqidir. Bu qanunla, Azərbaycan Respublikasında dövlət qulluğunun fəaliyyətinin tənzimlənməsi və standartlaşdırılması məqsədilə bir sıra yeniliklər həyata keçirilmişdir. Bu yeniliklər arasında, dövlət xidmətlərinin elektronlaşdırılması, dövlət qulluğu sahəsində yeni standartların təyin edilməsi, dövlət qulluğu proseslərinin sürətləndirilməsi və s. daxildir.

•Həmçinin, dövlət qulluğunda işləyən insanların təlimləri və yüksək keyfiyyətli kadrların yetişdirilməsi üçün də bir çox tədbirlər həyata keçirilmişdir.

•İctimai-siyasi təşkilatların yaranması, siyasi partiyaların yaradılması və seçki prosesinin təkmilləşdirilməsi kimi bir sıra dövlət qulluğu sahəsində önəmli addımlar atıldı.

•Dövlətin idarəetmə sistemi, rayonlar və şəhərlər arasında maliyyə bölgüsü yaradıldı. Bu, ölkənin maliyyə resurslarının daha effektiv istifadə edilməsinə imkan verdi.

•Dövlət tərəfindən bütün sosial vəziyyətləri qoruyan və işsizliyi azaltmaq üçün iqtisadi proqramlar hazırlandı.

Bu islahatlar, dövlət qulluğunun effektivliyini artırmaq, xidmətlərin keyfiyyətini yüksəltmək və dövlət-qurumları arasında əlaqələrin sürətləndirilməsini təmin etmək məqsədilə həyata keçirilmişdir. Həmçinin,bu islahatların hamısı, dövlət qulluğunun daha effektiv, şəffaflaşdırması və demokratikləşməsi istiqamətində atılan kəskin addımlardır. Bu, Azərbaycanın müstəqillik əldə etdiyi vaxtdan bu yana qürur hissi ilə görülə biləcək yüksəkliyə çıxması üçün yararlı oldu.

Ümumi olaraq qeyd oluna bilinər ki, Azərbaycanda son illərdə dövlət idarəçiliyində və dövlət qulluğunda bir çox islahatlar həyata keçirilib. Bunlar arasında ən nüfuzlu olanları aşağıdakılardır:

1. Elektron hökumət: Azərbaycan hökuməti, bir çox xidmətləri veb saytlarında təqdim edir və elektron xidmət göstərməyə başlayıb.

2. Qanunvericilik və regulator çərçivələrinin yenilənməsi: Dövlət idarəçiliyində və dövlət qulluğunda qanunvericilik və regulator çərçivələrində dəyişikliklər edilib. Bu, daha effektiv və şəffaflıq yaradan proseslərə imkan verir.

3. İnsan resursları idarəetməsi: İşçi təminatı və işçi haqqında məlumatların saxlanması, idarəetmə və təlimlər daxil olmaqla, insan resursları idarəetməsi proseslərində dəyişikliklər edilib.

4. Maliyyə idarəetməsi: Maliyyə idarəetməsi proseslərində dəyişikliklər edilib və maliyyə hesabatları və vergi ödənişləri üçün elektron sistemlər təqdim edilib.

Bu islahatlar, dövlət idarəçiliyində və dövlət qulluğunda daha effektiv və şəffaflıq yaradan proseslərə imkan verir.                        

 Azərbaycan Respublikasında dövlət qulluğunda və dövlət idarəçiliyində həyata keçirilən islahatların əhəmiyyəti çoxdur. Bu islahatlar ölkədə demokratik inkişafın və səmərəli idarəetmənin inkişafına töhfədir.

Dövlət qulluğunda islahatlar özündə dövlət xidmətlərinin səmərəli və effektiv işləməsinə töhfədir. Bu islahatlar vasitəsilə dövlət xidmətlərinin təşkilatı və idarə edilməsi daha səmərəli və effektiv hala gətirilir. Bu islahatlar sayəsində dövlət xidmətləri daha sürətli və təsirli hala gətirilir. Bu da ölkədə inkişafın sürətlənməsinə və səmərəli idarəetməyə kömək edir. Dövlət idarəçiliyində islahatlar isə özündə dövlətin idarəetməsinin daha səmərəli və effektiv hala gətirilməsini töhfədir. Bütün bunların nəticəsində Azərbaycan Respublikası daha səmərəli və effektiv idarəetməyə sahib olur. Bu da ölkənin inkişafına və səmərəli idarəetməsinə kömək edir.

Prezident İlham Əliyev Şuşa azad olunanda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdi, həm hesabat verdi, həm də borcunu yerinə yetirdi. Ardınca Şəhidlər xiyabanından Prezidentimizin Azərbaycan xalqına müraciəti qələbənin lap yaxında olduğunu göstərdi. O, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək, Qarabağı bütünlüklə işğaldan azad etdi! Beləliklə, Prezidentimiz başda olmaqla Azərbaycan xalqı yeni tarix yazdı! Biz tarixçilər həmişə bir arzumuzu dəfələrlə bəyan etmişik: “Gün o gün olsun ki, sevimli Prezidentimiz Azərbaycan tarixinə Qarabağımızı azad edən xilaskar Prezident kimi daxil olsun!” Və o gün gəldi! Ali Baş Komandan İlham Əliyev Azərbaycan tarixinə Qarabağı azad edən xilaskar Prezident kimi daxil oldu.

Mənfur olan düşmən üzərində 2016-cı ildə qazandığımız Aprel zəfəri, həmçinin 2018-ci ildə qazanılmış Günnüt qalibiyyəti, məhz 2020-ci ilin 10 Noyabr qalibiyyətinə və zəfərinə doğru aparan şərəf yolu olaraq tariximizə yazıldı. Bu, eyni zamanda, Xalq-Dövlət-Ali Baş Komandan gerçəkliyinin uğurlu bir nəticəsi idi. Bu vəhdət, bu birlik dünyanın bütün ölkələrindən heyrətlə qarşılandı və bəyənildi. Azərbaycan dövlətinin nə qədər dərin əsaslara, təməllərə söykənməsi faktının şahidi oldu.

“Heydər Əliyev dahi şəxsiyyət, böyük liderdir, uzaqgörən, cəsarətli siyasi xadimdir. O, bütün  dövrlərdə Azərbaycan xalqına sədaqətlə xidmət edirdi, xalq üçün  yaşayırdı, yaradırdı. Heydər  Əliyev   Azərbaycana iki dəfə rəhbərlik etmişdir. Hər iki  dəfə Azərbaycanı  təhlükədən, böhrandan  çıxarıb inkişaf  yoluna   qoymuşdur. Bu onu göstərir ki, ictimai-siyasi  quruluşdan asılı  olmayaraq, Heydər Əliyev  həmişə ən   düzgün siyasət  aparmış, Azərbaycan xalqının  maraqlarını müdafiə və təmin etmişdir”                                 

ƏDƏBİYYAT SİYAHISI

https://asan.gov.az/media/news/idareetmede-müasir-islahatlarin-esas-istiqametleri-seffafliq-asan-xidmet-vetendas-memnunlugu

https://az.trend.az/azerbaijan/politics/3006241.html

 https://www.bbc.com/azeri/azerbaijan-45143721

 https://abad.gov.az/post/156?locale=az

 https://e-qanun.az/framework/40748

 https://stat.gov.az/news/index.php?lang=az&id=5238

https://azertag.az/xeber/Muasir_dovrde_Azerbaycanda_dovlet_qullugu_sisteminde_islahatlar-1298253