Saatlıda yol qəzası olub, 3 nəfər xəsarət alıb

Saatlıda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
“Mercedes” və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində “Jiquli”nin sürücüsü Zahir Şirinov və onun iki övladı müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma apararılır.