Ağcabədidə 40 yaşlı kişi öldürülüb

Ağcabədidə 40 yaşlı kişi öldürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, may ayının 11-də saat 23 radələrində Ağcabədi rayonunda 1984-cü il təvəllüdlü Həsənov Rauf Azər oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Tural Əhmədov saxlanılıb.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.