Çində Azərbaycan Ticarət Evi açılır

Azərbaycan Çin Xalq Respublikasında fəaliyyət göstərən ticarət evlərinin sayını artırır.

Bu barədə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) məlumat verilib.

"Mayın 15-də Çinin Nankin şəhərində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Çindəki Ticarət Nümayəndəliyinin dəstəyi ilə Çinin bu şəhərində ilk Azərbaycan Ticarət Evinin açılış mərasimi keçiriləcək", - məlumatda qeyd olunub.

Qeyd edək ki, hazırda Azərbaycanın Çinin Tsindao, Kançatsie, Sian, Çendu və Pekin kimi şəhərlərində ticarət evləri, həmçinin Şanxay, Harbin, Tsinan və Uhanda 4 ticarət obyekti fəaliyyət göstərir.

Bundan başqa, Urumçi və Şanxayda Azərbaycan məhsullarının satıldığı üç şərab ticarəti evi fəaliyyət göstərir.