Yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında mayın 15-i axşam saatlarında arabir yağış yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, yarımadanın bəzi yerlərində qısamüddətli leysan olacağı, şimşək çaxacağı ehtimal edilir.