Nikol Paşinyan Azərbaycandan qaz alınmasını istisna etmir
Nikol Paşinyan tranzit qaz kəmərinin Ermənistan ərazisindən keçəcəyi təqdirdə Azərbaycandan qaz almaq imkanını istisna etmir.
Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə ümumerməni forumunda bildirib.
“Biz Rusiyadan və İrandan qaz idxal edirik. Ölkələr arasında sülh bağlanacağı təqdirdə, Ermənistanın Azərbaycandan qaz ala biləcəyi barədə Bakıdan dəfələrlə bəyanatlar səslənib. Ermənistan ərazisindən Naxçıvana və ya Türkiyəyə tranzit qaz kəməri keçəcəyi halda bu variantı istisna etmək olmaz”, - deyə baş nazir vurğulayıb.
Qeyd edək ki, Rusiyanın “Qazprom” şirkəti hazırda Ermənistanın yeganə təbii qaz tədarükçüsüdür. Onun İrandan aldığı qaz isə yalnız “Elektrik enerjisi ilə mübadilə üçün qaz” proqramı çərçivəsində istifadə olunur.//Azərtac