Antalyada zəlzələ olub
Aralıq dənizinin Türkiyənin Antalya vilayəti sahillərinə yaxın bölgəsində 4,6 bal gücündə zəlzələ baş verib.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına əsasən, təkanlar yerli vaxtla saat 12:08-də Antalyanın Qazipaşa rayonundan 58,86 kilometr məsafədə qeydə alınıb. Zəlzələnin episentrinin 32,69 kilometr dərinlikdə yerləşib.