Meksika millisinin üzvü "Atletiko"da - rəsmi

“Atletiko” heyətinə daha bir futbolçu cəlb edib.
Madrid klubu son olaraq “Portu”da çıxış edən Hektor Herreranın keçidini rəsmi saytı vasitəsilə açıqlayıb. 29 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Meksika millisinin üzvü “Atletiko”ya azad agent kimi keçib. O, ötən mövsüm "Portu"nun heyətində 53 oyuna 9 qol vurub.
Qeyd edək ki, “Atletiko” bu yay “Benfika”dan Joao Feliksi, “Atletiko Paranaense”dən Renan Lodini, “Real”dan Markos Lyorenteni və “Portu”dan Felipeni də transfer edib.