Azərbaycanda yeni Konstitusiya və referendumla bağlı iddialar yalandır - Mənbə
Bir sıra media resurslarda son zamanlar Azərbaycanda yeni Konstitusiya qəbul olunacağı, bu il ərzində referendum keçiriləcəyi barədə məlumatlar tirajlanır.
Hökumətdəki mənbə açıqlamasında bütün bu məlumatları təkzib edib.
"Gündəlikdə Konstitusiya ilə bağlı dəyişiklik, referendumun keçirilməsi müzakirəsi yoxdur. Bununla bağlı yayılan məlumatlar yalandır, əsassızdır və məsuliyyəsizdir”, - mənbə bildirib.
Qeyd edək ki, daha öncə bir sıra KİV-lərdə bu il Azərbaycanda referendum keçiriləcəyi, yeni Konstitusiyanın qəbul olunacağı barədə yanlış məlumatlat yayılıb.//Trend