"Arsenal"dan 24 yaşlı hücumçu üçün 80 milyon avro

"Lill"in futbolçusu Nikolya Pepe karyerasını "Arsenal"da davam etdirə bilər.
London klubunun 24 yaşlı hücumçu üçün 80 milyon avro ödəməyə hazır olduğu bildirilib.
Qeyd edək ki, N.Pepe ilə PSJ, "Liverpul", "Bavariya", "İnter" və "Mançester Yunayted"in də maraqlandığı iddia olunur. O, ötən mövsüm Fransa çempionatında 38 matçda 22 qol vurub, 18 qolun ötürməsini verib.