Təhsil tələbə kreditlərinə müraciət tarixi açıqlanıb

2025-2026-cı tədris ilinin payız semestri üzrə təhsil tələbə kreditlərinə (TTK) müraciətlərin qəbulu yanvarın 31-i başa çatacaq.

Bu barədə  Təhsil Tələbə Krediti Fondundan məlumat verilib. Müraciət etmək istəyən şəxslər prosesi qeyd olunan tarixə qədər tamamlamalıdırlar.

2025-2026-cı tədris ilinin yaz semestri üzrə TTK üçün yeni qeydiyyat isə fevralın 1-dən başlanacaq.

Müraciət etmək istəyən tələbələr aşağıdakı ardıcıl əməliyyatları yerinə yetirməlidirlər:

1. İlk dəfə müraciət edənlər üçün notarial qaydada təsdiqlənmiş (notariat ofisi, “ASAN xidmət” mərkəzi və ya “Mobil notariat” tətbiqi vasitəsilə) razılıq ərizənin alınması (təkrar müraciət üçün tələb olunmur).

2. Razılıq ərizəsinin nömrəsi ilə e-ttkf.edu.az portalına daxil olub və müraciətin göndərilməsi (təkrar müraciətdə əvvəlki razılıq ərizəsinin nömrəsi istifadə olunur).

Müraciətlər bayram günləri və həftə sonları da daxil olmaqla hər gün qəbul olunur.

Qeyd edək ki, payız semestri üzrə təqdim edilmiş müraciətlərin emal prosesi qeydiyyat müddəti başa çatdıqdan sonra da davam etdiriləcək.

Kredit müraciəti zamanı çətinliklə qarşılaşan şəxslərə operativ dəstək göstərilməsi məqsədilə Fond tərəfindən yaradılmış yardım masası fəaliyyət göstərir. Müraciətçilər hər iş günü saat 09:00-dan 18:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi - 34 ünvanında yerləşən ofisə yaxınlaşaraq müvafiq dəstək ala bilərlər.