Cüdoçumuz dünya çempionatının yarımfinalında mübarizə aparacaq

Özbəkistanın paytaxtı Daşkənd şəhərində cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir.

Bu gün kişilər arasında 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Zelim Katsoyev ilk mərhələdə Daniel Eiçi (İsveçrə), növbəti qarşılaşmalarda Nurluxan Şarxan (Qazaxıstan) və dörddəbir finalda ikiqat dünya çempionu Xorxe Fonsekanı (Portuqaliya) məğlub edərək yarımfinala yüksəlib. Cüdoçumuz yarımfinalda Kayl Reyeslə (Kanada) mübarizə aparacaq.

Qeyd edək ki, hələlik komandamızın aktivində 1 medal var. Belə ki, Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.