“Qarabağ” səfərdə İsveç klubuna uduzub
"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununu keçirib.
Azərbaycan çempionu Liqa mərhələsinin VI turunda İsveçdə "Elfsborq"un qonağı olub.
Boras şəhərindəki eyniadlı stadionda gerçəkləşən görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 57-ci dəqiqədə Ahmed Qasım vurub.