Ümumi çəkisi 19,6 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb

Martın 12-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 19,6 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,8 kiloqramdan artıq heroin, 9,5 kiloqramdan çox marixuana və 8,3 kiloqrama yaxın tiryək olub.
Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.