Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib - FHN

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 20 halda yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin olunub. Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib.

Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.