DİN: Zaqatalada 18 yaşlı gənc partlayış nəticəsində ölüb

Martın 16-da saat 14:30-da Zaqatala rayonu ərazisində 18 yaşlı gənc partlayış nəticəsində ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, 2006-cı il təvəllüdlü Ömərov Məhəmməd Kamal oğlunun partlayıcı maddənin partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Faktla bağlı araşdırma aparılır.