Ərdoğan BRİCS sammitində iştirak dəvətini qəbul edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Kazanda keçiriləcək BRİCS sammitində iştirak dəvətini qəbul edib.
“İnterfaks” xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov açıqlayıb.
Qeyd edək ki, BRİCS sammiti 2024-cü il oktyabrın 22-24-də Kazanda keçiriləcək.