Pezeşkian İranın paytaxtını dəyişir: "Başqa yolumuz yoxdur..."
İran hakimiyyətinin ölkənin siyasi və iqtisadi mərkəzini Tehrandan ölkənin cənub sərhədlərinə köçürməkdən başqa yolu yoxdur.
Bunu İran prezidenti Məsud Pezeşkian deyib.
O bildirib ki, paytaxtın Fars körfəzi sahillərinə yaxınlaşdırılması ən optimal çıxış yoludur: “Ölkənin paytaxtı kimi Tehran problemlərlə üz-üzədir və o problemlərin həlli kimi bizim paytaxtın özünü köçürməkdən başqa yolumuz yoxdur. İndiki tendensiyanı davam etdirməklə ölkəni inkişaf etdirmək mümkün deyil”.
Pezeşkian vurğulayıb ki, hazırkı vəziyyətdə davamlı olaraq cənubdan və dənizdən Tehrana resurslar gətirmək, onları mallara çevirmək və sonra yenidən ixrac üçün cənuba qaytarmaq lazımdır. Onun sözlərinə görə, bu vəziyyət ölkənin rəqabət qabiliyyətini ciddi şəkildə azaldır.
Musavat.com