Fiziologiya və tibb sahəsində Nobel mükafatı laureatının adı açıqlanıb

Oktyabrın 3-də Nobel Mükafatları Komitəsi 2022-ci il üzrə fiziologiya və tibb üzrə Nobel mükafatı laureatının adını açıqlayıb. Yüksək elmi mükafata “nəsli kəsilmiş homininlərin genomları və insan təkamülü ilə bağlı kəşflərinə görə” əslən isveçli genetik, Maks Plank Təkamül Antropologiya İnstitutu ( Leypsiq, Almaniya), Okinava Elm və Texnologiya İnstitutunun (Yaponiya) professoru Svante Paabo layiq görülüb.
Komitənin press-relizində bildirilir ki, cənab Paabo “müasir insanın nəsli kəsilmiş qohumu olan Neandertalın genomunu sekvensiya edə bilib”. Alim eyni zamanda, təxminən 70.000 il əvvəl Afrikadan köçdükdən sonra nəsli kəsilmiş bu homininlərdən homo sapiensə gen köçürülməsinin baş verdiyini aşkar etdi. Nobel Komitəsi qeyd edir: "Bu, hətta bu gün də fizioloji təsirlərə malikdir - məsələn, immunitet sistemimizin infeksiyalara necə reaksiya verdiyinə təsir göstərir.
Oruc MUSTAFAYEV