Sinqapur-London reysi üzrə Bakıya daha bir “Airbus 380” təyyarəsi gəlib

Təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda qəza enişi edən “Qantas Airways” aviaşirkətinin Sinqapur-London reysinin sərnişinlərinin daşınması üçün aviaşirkətin digər bir layneri - "Airbus 380" Bakıya gəlib.
Aeroportun mətbuat xidmətindən bildirilib ki, bu təyyarə ilə sözügedən reysin sərnişinləri bu gün Bakıdan təyinat məntəqəsinə yola düşəcəklər.
Qeyd edək ki, dekabrın 23-də səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportunda "Qantas Airways" aviaşirkətinə məxsus təyyarənin qəza eniş etməsi səbəbindən həyəcan siqnalı elan edilib.
Təyyarədə 356 sərnişin olub.