G7 ölkələri Ukraynaya dəstək vədlərini bir daha təsdiqləyiblər
ABŞ, Kanada, Almaniya, İngiltərə, Fransa, İtaliya və Yaponiyadan ibarət G7 ölkələri yaydıqları birgə bəyanatla Ukraynaya dəstək vədlərini bir daha təsdiqləyiblər.
Xarici KİV-lər bildirir ki, Almaniyanın hazırda sədri olduğu “Böyük yeddilik” ölkələrinin liderlərinin onlayn görüşündə qəbul edilən birgə bəyanatda bu barədə deyilir: “Biz Ukraynaya sarsılmaz dəstəyimizi bir daha təsdiqləyirik və Rusiyanın davam edən müharibəsinə qarşı Ukrayna ilə həmrəy olduğumuzu bildiririk”.